vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
20:00 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3073 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kataloniya böhranı

Separatizm, yoxsa populizm?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Kataloniyada əsəblər çox gərgindir. Belə də olmalı idi. «İspaniya hökuməti təcavüzkar ərə oxşayır,» bir fəal bu gün mənə dedi. «Səni sevdiyini, sənsiz yaşaya bilməyəcəyini deyir. Sonra isə çıxıb getmək istədiyinə görə səni döyür».

Bazar günü katalon referendumunda gördüyümüz mənzərələr sarsıdıcı idi və sosial mediada dəfələrlə paylaşıldı.

Barselona futbol klubunun oyunçusu və Kataloniya əslli Cerard Pike (Gerard Pique), zorakılıqla bağlı televiziyada ona verilən sualdan sonra, göz yaşı töküb.

Amma Kataloniyada hazırda hiss olunan qəzəb və əziyyəti siyasi birliyin ifadəsi kimi qələmə vermək doğru olmaz.

Katalonlar müstəqillik mövzusunda eynilə əvvəlki kimi iki yerə ayrılıblar.

 

Anti-quruluş boşluğu

 

Onları bu gün birləşdirən bir şey varsa, o da baş nazir Mariano Rajoy timsalında ispan hökumətinə qarşı qəzəb və nifrətdir. Katalonlar bunu, nazirin madridli təkəbbürü, kobudluğu və fərdlərin haqlarına hörmətsizliyi kimi qiymətləndirirlər.

Bu, separatizmdən daha çox populizm kimi görünür. Anti-quruluş, milliyyətçi duyğusu a la Katalona (la Catalana).

Katalonların əksəriyyəti İspaniyadan ayrılmaq istəmədiyini dilə gətirsə də, seçki haqqını tələb edirlər. Həftəsonu yaşanan xaos və hədə şousundan fərqli olaraq, qanuni və layiqli seçki.

Onlar, regionlarına Madridə ödədikləri vergi müqabilində çox az sərmayə qoyulduğundan qəzəblidirlər.

Onlar, Kataloniyaya (Avropanın ən muxtar vilayətlərindən biridir) edilən muxtariyyət vədlərinin qulaqardına vurulması və Kataloniyanın - eləcə də İspaniyanın - sadə insanlarının 2008-ci il iqtisadi böhranından hələ də əziyyət çəkməyə məcbur qalmasından narazıdırlar. Belə ki, insanlardan alınan vergi bankları borcdan xilas etməyə yönəldilmişdi.

Kataloniya İspaniyanın ən zəngin regionlarından biridir. Gənclərin işsizliyi burada İspaniyanın qalan yerlərinə nisbətən, daha aşağıdır. Bununla belə göstərici çox böyükdür - 35 faiz.

Katalonlar dəyişiklik istəyirlər, amma bu, müstəqillik çağırışına bəraət qazandırmır.

 

Bəs indi nə olacaq?

 

Ötən həftəsonundan qabaq üstünlük - müxaliflərin «Robot» ləqəbi verdiyi - Mariano Rajoyda idi:


- Hüquqi arqument (İspaniyanın konstitusiya məhkəməsi referendumu qeyri-qanuni elan etmişdi)

- İctimai fikir (ispanların əksəriyyəti seçkiyə qarşı idi)

- Aİ dəstəyi

- və Katalon müstəqillik partiyalarının (bu həftəsonuna kimi) qarışıq və dağınıq cəbhəsi


Amma o, bunları əlindən verdi.

O, katalon prezidenti Karles Pikdemontla (Carles Puigdemont) qol-qola yox, duel formasında arxa-arxaya addımlayaraq, sıldırım qayanın ucuna yaxınlaşıb.

 

Diqqət yayındırmaq

 

Bu, demokratiyaya keçdikdən sonra, İspaniyanın son 40 ildə yaşadığı ən kəskin böhrandır.

Cənab Rajoy, parlamentdə az yer tutan hakim partiyanın lideridir. Yer sayı o qədər azdır ki, partiya 2018-ci il büdcəsi ilə bağlı planlarını geri çəkib. Buna səbəb planların parlament səsverməsinə çıxarılmamaq qorxusu olub.

Cənab Pikdemont isə İspaniyanın ən böyük borca malik regionlarından birinə rəhbərlik edir.

Hər iki rəhbərin adı, hökumətləri ətrafında səngimək bilməyən korrupsiya ittihamlarında çəkilir.

Katalon məsələsi iqtisadi sualları ört-basdır etmək üçün ictimai vasitədir.

Avropa İttifaqına gəlincə, bəzi analitiklər avrokratların qorxudan səs çıxarmadığını düşünürlər. Bazar günü yaşanan zorakı vəziyyəti görməzdən gələrək, onlar separatizm alovunun Kataloniyadan Korsika, şimali İtaliya, flanderlər və sair yerlərə yayılmasından ehtiyat edirlər.

Amma 2000-ci illərin əvvəllərində Bask separatçılarının hərəkətə keçdiyini xatırlamağa da dəyər.

İndi isə Bask separatçıları İspaniya parlamentində baş nazir Rajoyu dəstəkləyirlər.

2017-ci ildə regional separatizm Aİ üçün problem sayılmır. Populizm isə sayılır.