Rusiya-Çin nazirlərinin 29-cu iclası
Moskva Pekinlə uzunmüddətli böyük iqtisadi layihələr planlaşdırıb
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Putin Kremldə Çinin Baş naziri Li Qianq ilə görüşüb. Pekində keçirilən görüşdən sonra Çin dövlət başçısı Si Cinpinqlə əldə olunan razılaşmalarda irəliləyiş olduğunu açıqlayan Putin, onunla bu il Kazanda keçiriləcək BRİKS sammitində iştirakını gözlədiyini bildirib.
Linin Moskvaya səfəri zamanı bir çox müqavilənin imzalandığına diqqət çəkən Putin, “Sizi görməyə şadıq. Ticarət əlaqələrimiz çinli həmkarlarımızın töhfələri ilə uğurla inkişaf edir və irəliləyir. Ölkələrimiz arasında uzun illər davam edəcək humanitar layihələr, geniş miqyaslı ortaq planlar, iqtisadi və iqtisadi əlaqələr mövcuddur”, – deyib.
İclasda çıxış edən Li, Rusiyanın Putinin liderliyindəki 12 ildə sabit iqtisadi artım nümayiş etdirdiyinə diqqət çəkərək, bu ilin ilk yarısında Rusiya iqtisadiyyatının 4,7 faiz artdığını bildirib.
Rusiya ilə Çin arasında əlaqələrin görünməmiş səviyyəyə çatdığını vurğulayan Li, “Sizinlə əldə etdiyimiz razılaşmaları ən yüksək səviyyədə həyata keçirməyə və bu əməkdaşlığı daim genişləndirməyə hazırıq”, – deyib.
Li Moskvaya səfəri çərçivəsində Rusiyanın baş naziri Mixail Mişustinlə də görüşüb və Rusiya-Çin hökumət başçılarının 29-cu iclasında iştirak edib.
Görüşün ardından iki ölkə arasında enerji, logistika, gömrük, təhsil və kimya kimi sahələrdə bəzi müqavilələr imzalanıb.
Rusiya ilə Çin arasında diplomatik və iqtisadi əlaqələr xüsusilə Ukrayna müharibəsindən sonra ön plana çıxıb. İki ölkənin ticarət həcmi keçən il əvvəlki ilə nisbətən 26,3 faiz artaraq 240,1 milyard dollara çatıb.