vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:57 | 29 avqust 2024 | Cümə axşamı Məqaləyə 207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO-ya uzaqmənzilli raketlər çağırışı

“Onlardan Rusiyaya hücum etmək üçün istifadə edilməlidir”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Rusiya ərazisindəki Kursk əməliyyatı davam edərkən, Kiyev NATO ölkələrindən uzaqmənzilli raketlərdən istifadəyə icazə verilməsini tələb edib. Kiyev administrasiyasının tələbi ilə bağlı dünən NATO-nun səfirlər səviyyəsində keçirilən toplantısında verilən açıqlamada Rusiyanın Ukraynaya qarşı hava hücumlarını artırması pislənilib.

NATO-nun baş katibi Yens Stoltenberq, “Ukraynanın özünü müdafiə etməsi üçün lazım olan avadanlıq və sursatla təmin etməyə davam etməliyik”, – deyib.

Bununla belə, “France-Presse” Agentliyi (AFP) bildirir ki, bəzi NATO ölkələri Ukraynadan Rusiya ərazisinə hücumlarda uzaqmənzilli raketlərdən istifadə etmək üçün icazə istəyib.

Bu tələblər Stoltenberqin rəsmi bəyanatında yer almayıb. AFP hansı ölkələrin müraciət etdiyi barədə məlumat paylaşmayıb.

Digər tərəfdən Polşa xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Ukraynaya qarşı uzaqmənzilli raketlərdən istifadə etdiyinə diqqət çəkib və Kiyevin də hücumlara eyni şəkildə cavab verməsi lazım olduğunu bildirib.

Sikorski Ukraynaya verilən uzaqmənzilli raketlərin sayını artırmaqla yanaşı, Rusiyanın Qərb ölkələrindəki 320 milyard dollarlıq aktivinə birbaşa həbs qoyulmasını da tələb edib.

Ukrayna prezidenti Vladimir Zelenski dünən verdiyi açıqlamada Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Ukraynanın Qərb müttəfiqləri, xüsusən də ABŞ Rusiya ərazisinə birbaşa hücumlara icazə vermir və belə addımların Kremllə gərginliyi artıracağını iddia edir.

Digər tərəfdən, BBC Ukraynanın Qərb texnologiyaları ilə uzaq mənzilli pilotsuz uçuş aparatları (PUA) hazırladığını və Rusiya ərazisinə hücumlar təşkil etdiyini yazır.

Xəbərdə Ukraynanın Qərb ölkələrinin verdiyi maliyyə və texnologiyadan istifadə edərək uzaq məsafəli hücumlar təşkil etdiyi bildirilir. NATO-dan hər hansı icazənin olmamasına baxmayaraq, bu cür əməliyyatların davam etdiyi bildirilir.

Əməliyyatlarda 750 kilometr mənzilə malik “AQ400 Scythe” PUA-larından istifadə edilir. Bu silahların ümumiyyətlə ağacdan hazırlandığı və köhnə mebel fabriklərində yığıldığı bildirilir.

Pilotsuz təyyarələri istehsal edən “Terminal Autonomy” şirkəti iki avstraliyalı və ukraynalı tərəfdaş tərəfindən idarə olunur və ABŞ-dan maliyyə alır.

Şirkətin qurucularından olan Fransisko Serra-Martins dronlarını belə təsvir edir:

“Bunlar uçan mebelə bənzəyir. Biz Ikea kimi yığılırıq”.

Bundan əlavə, ABŞ-da yerləşən məlumatların təhlili şirkəti “Palantir” Ukrayna ordusunun minaatan hücumlarını daha effektiv etmək üçün proqram təminatı istehsal edir. Eyni şirkət uzun mənzilli dronlara da dəstək verir.