Baş nazirin müavini İraqda döyüldü
Hakimiyyət əleyhinə mitinqə gedən Saleh əl-Mütləqə hücum olub
anspress.com
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Pezeşkianın ilk xarici səfəri
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
-
ABŞ qoşunları İraqdan çıxarılır
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
İraqda dinləmə qalmaqalı
İki yüksək səviyyəli liderin telefonlarına qulaq asan şəbəkə aşkarlanıb
-
Kürd və İran yaraqlıları arasında gərginlik
Haşd əş-Şaabi Təlabaninin partiyası KYB-nin nəzarətində olan neft bölgəsinə daxil olub
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
İranda avtobus aşıb
28 nəfər ölüb, 23-si yaralanıb
-
Nota verildi
Britaniya səfirinin sözləri diplomatik insident yaratdı
-
Yaxın Şərqdə vurhavur
ABŞ İraqda İranın dəstəklədiyi qüvvələrə zərbələr endirib
-
Bağdad tələb edir
ABŞ qoşunları İraqdan çıxarılır?
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Səddam “dirilir”?!
İraq parlamentində diktator və qadağan olunmuş partiya ilə bağlı qalmaqallar
-
18 min tarixi əsər qaytarılıb
20 il əvvəl talan edilən İraq muzeylərinin artefaktları ...
-
... Xomeyniçilik
“İrana biət”ə dəvət edən siyasi ideologiya ...
İraqın qərbindəki Ənbar əyalətində qəzəbli kütlə ölkənin baş nazirinin müavini Saleh əl-Mütləqə hücum edib. ANS PRESS-in «İnterfaks»a istinadən verdiyi məlumata görə, baş nazirin müavini hakimiyyət əleyhinə keçirilən mitinqə gedib. O, çıxış etmək üçün tribunaya çıxıb. Lakin Saleh əl-Mütləq çıxışa başlayan kimi aksiya iştirakçıları hiddətləniblər. Onlar «Satqın» qışqırıblar və baş nazirin müavininə su, daş, ayaqqabı atıblar.
Mühafizəçilər Saleh əl-Mütləqin ətrafında canlı sədd qurublar, havaya atəş açıblar və onu tribunadan endiriblər. Lakin cangüdənlərin müqavimətini qıran nümayişçilər baş nazirin müavininin köynəyini cırıblar, sifətinə vurublar. Nəticədə Saleh əl-Mütləqin sifəti qanayıb. <br />rnSonradan hadisəyə polis əməkdaşları müdaxilə ediblər. Onlar kütləni dağıtmaq üçün havaya atəş açıblar və baş nazirin müavinini meydandan avtomobillə çıxarıblar.