Sərkisyan Argentinada pərt oldu
XİN-ə gedən erməni prezidentə kiminlə görüşəcəyini deməyiblər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qanı qarışmışlar”
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
-
Müxalifətin deputat mandatları alına bilər
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
-
... Xalqa atəş açır
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
-
Saakyan Paşinyana niyə inanmır?
Separatçılar baş naziri müvəqqəti fiqur sayırlar
-
Yeni detal nədir?
Sərkisyanın istefasından keçən 1 ildə ...
-
“Heç kimə bəlli deyil”
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
-
Paşinyanın səfəri heç nəyi dəyişməyəcək
İran Ermənistan ərazisindən qaz nəql etmək niyyətində deyil
-
“Axsaq atın kor nalbəndidir”
Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi
-
…Paşinyan bataqlıqdan necə çıxmağı düşünür?
Ermənistanın baron Münhauzeni xatırladan rəhbəri …
-
Ter-Petrosyan hakimiyyətə gəlir
Köçəryanın azad olunması çətinləşir
-
Ohanyan Sərkisyanı satıb?
Hadisələr həbsə doğru gedir ...
-
Köçəryana qarşı ifadələr?!
İrəvanda yüksək vəzifəli məmurlar dindirilir
-
Sərkisyan 5 saat dindirildi
Eks-prezident 10 nəfərin ölümündə günahlandırlır
-
Köçəryan Sərkisyanı da bitirir
Əsas rıçaqlar birincinin əlindədir
-
Siyasi parçalanma
Ermənistanın daxili reallığının bir aspekti
-
Köçəryan siyasətə niyə qayıdır?
Onun vəziyyətdən çıxmaq üçün alternativi yoxdur
Ermənistan prezidenti Serj Sərkisyan Latın Amerikası turnesi çərçivəsində səfər etdiyi ilk ölkə Argentinada rüsvay olub. Virtualaz.org saytı Argentinanın «Clarin» qəzetinə istinadən xəbər verir ki, bu ölkənin prezidenti ilə görüşmək üçün Sərkisyan və heyəti üç saat oteldə gözləyib. Amma sonda onlara bildirilib ki, prezident özünü yaxşı hiss etmir və görüşmək istəmir.
Qəzetin yazdığına görə, paytaxt Buones-Ayresdə bir neçə görüşdən sonra günorta Serj Sərkisyana təklif ediblər ki, «Palacio San Martin» otelində vitse-prezident Amadu Voudou və xarici işlər naziri Hektor Timermanla naharda iştirak etsin.
Sərkisyanın səfər proqramında prezident Kristina Kirşnerin səhhəti ilə bağlı dalbadal konfuz və anlaşılmazlıqlar yaşanıb.
Bu arada Kuba və Panamaya səfərlərindən sonra hakim Ariel Lixonun korrupsiya ittihamlarına başı qarışmış vitse-prezident Voudou Kristina Kirşneri əvəzləmək üçün yenidən meydana çıxıb.
Məlumata görə, iyulun 7-də səhər Serj Sərkisyana «Casa Rosa» sarayına (Prezident Administrasiyası) getməyi xahiş ediblər, ancaq ona kiminlə görüşəcəyini deməyiblər. Daha sonra onu «Alvear Hotel»də bir neçə saat gözlədiblər və günortaya yaxın Xarici İşlər Nazirliyinə getməli olduğunu deyiblər. Amma bu dəfə də Sərkisyana kiminlə görüşəcəyi barədə məlumat verilməyib.
Xəbərdə bildirilir ki, Argentina prezidentinin ziyafətləri əvvəllər XİN-də keçirilib, hazırda isə prezident Kriştinanın göstərişi ilə Prezident Administrasiyasında keçirilir.
«Clarin» yazır ki, Argentina xarici işlər naziri Timerman iyulun 6-da erməni həmkarı ilə görüşüb. Ona bildirilib ki, prezident Kristina Kirşner «laringofaringit» xəstəliyi üzündən istirahətdədir və hökumət onun vitse-prezident Voudou tərəfindən əvəzlənməsinə çalışır.
Lakin vitse-prezidentin Sərkisyanla görüşmək üçün XİN-in binasına gələcəyi ancaq iyulun 7-də səhər saatlarında təsdiqlənib. Yəni Sərkisyan ora gedəndə prezidentlə, yaxud vitse-prezidentlə görüşəcəyini bilməyib.
Qəzet Sərkisyanın proqramı ilə bağlı yaşanan konfuzlarla bağlı erməni nümayəndə heyəti ilə əlaqə saxlayıb. Nümayəndə heyətinin üzvləri suala əvvəlcə çaşqınlıqla, daha sonra əsəbi cavab veriblər. Bildirilir ki, ermənilər xarici işlər naziri Timermanın və Argentinanın ticarət katibi Gilyermo Morenonun bir neçə il əvvəl Azərbaycana etdikləri səfərlə bağlı narazılıqlarını da çatdırıblar.
Qeyd edək ki, Argentina erməni diasporunun güclü olduğu üçüncü ölkədir və bu ölkədə «Corporacion America» şirkətinin prezidenti, milyarder Eduardo Enrekyan kimi nüfuzlu ermənilər var. E.Enrekyan iyulun 6-da Sərkisyanla görüşüb.
Xatırladaq ki, Sərkisyan Argentinadan sonra Çiliyə və Uruqvaya səfər edəcək. Həmçinin onun iyulun 13-də Braziliyada futbol üzrə dünya çempionatının final oyununa baxacağı gözlənilir.
Sərkisyanın erməni diasporunun güclü olduğu Latın Amerikası ölkələrinə səfəri diaspordan ianə toplamaq və ola bilsin ki, qondarma «DQR»in tanınması yönündə xahişlər etmək niyyətləri ilə bağlıdır.