Bundan sonra isə sülh prosesidir
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
13:19 | 25 fevral 2019 | Bazar ertəsi
Məqaləyə 2212 dəfə baxılıb
Şriftin ölçüsü
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanla münasibətlərindən bəhs edən məqalə yazıb. “İlur.am” saytında dərc olunan məqalədə o, indiyə qədər müxtəlif dairələrdə onlar haqqında yayımlanan məlumatlara aydınlıq gətirib.
Petrosyan hazırladığı yazı ilə Paşinyanı saxta ittihamların hədəfinə salmaq istəmədiyini deyib. O, Paşinyanın siyasətdə onun mənəvi oğlu olması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini də bildirib. Petrosyan, həmçinin Paşinyanın hər axşam ona zəng edib, məsləhətləşmələr aparması haqqında məlumatların axmaqlıq olduğunu vurğulayıb: “2012-ci ildə mən onunla yalnız bir dəfə görüşmüşəm. 2018-ci ilin 16 iyulunda hökumətin mətbuat xidməti bununla bağlı rəsmi bəyanat yayıb. Bundan sonra baş nazirlə hansısa telefon danışıqları olub. Paşinyanı yönəltməyin, ona hansısa məsləhətlər verməyin və diktə etməyin mümkün olduğunu düşünənlər ya dərindən yanılırlar, ya da bu insanı tanımırlar. Bəlkə onlar bu insan barədə öz fikirləri əsasında mühakimə yürüdürlər. Mən Paşinyan qədər müstəqil insan görməmişəm”.
O, “sülh qarşılığında ərazi” formulu ilə bağlı da mövqeyini bildirib: “Dərhal qeyd etmək istəyirəm ki, nə mən “sülh əvəzinə ərazi” formulundan istifadə etmişəm, nə də Paşinyan edir. Bu, pis adamlar tərəfindən uydurulan böhtandır. Qarabağın həlli proqramına gəlincə isə Ermənistanın digər üç prezidentindən fərqli olaraq, Paşinyanın özünün proqramı heç kimə bəlli deyil. O, hələlik bir neçə prinsip səsləndirməklə kifayətlənir. Məsələn, o, Köçəryan-Sərkisyan mövqeyindən imtina etdiyini, Qarabağın danışıqların tam hüquqlu üzvü olmasını istəyir.
Paşinyanın hansı proqram əsasında çıxış etməsindən asılı olmayaraq, bu onun - məndə, Köçəryanda və Sərkisyanda olduğu kimi - öz proqramı olacaq. Hər Ermənistan lideri öz proqramına görə cavabdehdir”.