Nyu Yorkda polis vəhşiliyi
ABŞ-da qaradərililərə qarşı gizli müharibədə daha bir qurban, 5 polis 6 uşaq atasını yerə yıxaraq boğub öldürdü
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Onlar heç vaxt təqsirlərini boyunlarına almır»
ABŞ-ın Rusiyanın əlindən aldığı obyektlər üzərində mübahisə davam edir
-
Missuridə gərginlik artdı
Polis daha bir qaradərilini öldürdü
-
ABŞ-da ara qarışdı
Daha bir qaradərilinin öldürülməsi etiraza səbəb oldu, xüsusi təyinatlılar küçələrə çıxarıldı
-
ABŞ-ın daha bir qaradərili vətəndaşları ölkəsində polis vəhşiliyinin qurbanı olub. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yaşayan 43 yaşlı Erik Qarner küçənin ortasında 5 polisin təzyiqinə məruz qalıb. 180 kiloqram çəkiyə malik olan Erikin Nyu York Polis Departamentinin (NYPD) əməkdaşları tərəfindən yaxalanma anı həvəskar kamera ilə çəkilib. O, əvvəlcə polislərə günahsız olduğunu və heç bir şey etmədiyini söyləyir. Lakin buna məhəl qoymayan polislər bir anda onun üstünə atılırlar, Eriki yerə yıxaraq boğmağa başlayırlar.
43 yaşlı Erik «nəfəs ala bilmirəm» deyə yalvarsa da, polislər ona fikir vermirlər və onun boğularaq ölməsinə səbəb olurlar.
Qeyd edək ki, 6 uşaq atası olan Erik Qarner bundan əvvəl bir neçə dəfə siqaret qaçaqmalçılığı səbəbiylə həbs olunub və yenə bu şübhəylə saxlanılmaq istəndiyi bildirilib.
Hadisə ilə əlaqədar olaraq araşdırma başladılıb, günahkar olduğu sübut edilən polislərdən biri ilə bağlı ciddi tədbir görüləcəyi açıqlanıb.
Vaxt.az xəbər verir ki, hadisə ilə bağlı internetdə xeyli videoçarxlar yerləşdirilib. Həmin videolardan birində görünür ki, qətl baş verən yerdə «Polis vəhşiliyinə etiraz» adlı dinc aksiya keçirilib. Erik Qarnerin ruhuna şam yandırılıb. Yaxınlıqdakı dirəklərə, divarlara kağız üzərində yazılmış şüarlar yapışdırılıb. «NYPD, mən nəfəs ala bilmirəm», «Kasıblara qarşı müharibəyə son qoyulsun», «NYPD heç vaxt bir bankiri boğmur», «NYPD Amerikada ən amansız «bandadır», «Daha bir günahsız qaradərili öldürüldü. NYPD polis vəhşiliyini dayandırmalıdır», «Nə qədər ki, qaradərililər var, cinayət ölümə layiqdir», «Polis tərəfindən qətllər dayandırlımalıdır», «Bizi hələ də linç edirlər!», «Ədalət yoxdur, sülh yoxdur!» kimi şüarlarda ABŞ-da baş verən ayrı-seçkiliklərə etiraz nümayiş olunub. İnsanlar həm də NYPD-nin «Nə qədər ki, qaradərililər var, ...» (EWB - Existing While Black) düşüncəsinə etiraz olaraq sinələrinə və kürəklərinə «NYPD daha bir silahsız qaradərilini öldürdü. Bu ədalətsizlik dayanmayacaq!» sloqanı asaraq küçə boyu gəzirlər.
Bu aksiyaya qaradərililər özünəməxsus dəstək verirlər. Belə ki, bir orta yaşlı kişi hadisə baş verən yerdə durur, ora yaxınlaşan şəxslərə «əsgər salamı» verdikdən sonra, hər iki şəxs yumruqlarını toqquşduraraq həmrəylik nümayiş etdirir.