vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AKTUAL  
15:40 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1649 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da ara qarışdı

Daha bir qaradərilinin öldürülməsi etiraza səbəb oldu, xüsusi təyinatlılar küçələrə çıxarıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində 18 yaşlı qaradərili Maykl Braunun qətli polislə etirazçılar arasında şiddətli toqquşmalara yol açıb.

Avqustun 9-da Maykl Braunu küçədə saxlayan yerli polislər onu güllələyiblər. Maykl silahsız imiş və şahidlərin dediyinə görə, polis atəş açarkən əllərini yuxarı qaldıraraq dayanıbmış. Amma polis Mayklın onlara müqavimət göstərdiyini iddia edir.

Etiraza qalxan yerli əhali yeniyetməni öldürən polis zabitinin adının açıqlanmasını istəyiblər.

Ferqyuson şəhər polisi o zabitin adını yalnız bir həftə sonra-avqustun 15-də açıqlayıb. İndi etirazçılar da bilirlər ki, 18 yaşlı Mayklı hüquq-mühafizə orqanlarında 6 il çalışmış Darren Vilsonun atdığı güllə öldürüb.

Onu da qeyd edək ki, ABŞ prezidenti Barak Obama olayı faciə adlandırıb və polisin belə uyğunsuz gücdən istifadəsini yolverilməz sayıb. Obama olayın ədalətli araşdırılacağına da söz verib.

Xatırladaq ki, bu ABŞ polisinin son bir ayda (bizə məlum olan) ikinci günahsız qaradərilini öldürməsi hadisəsidir. Ötən ay Nyu-York Polis Departamentinin beş əməkdaşı silahsız Erik Qarneri həbs edərkən boğmuşdular.