Merkel Ərdoğanı dinləyirmiş
«Biz NATO ölkələrinin dinlənilməyəcəyini söyləməmişik»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Polis şübhəlini axtarır
Kölndə müəmmalı partlayışlar davam edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
Almaniyanın «Frankfurter Allgemeine Sonntag» qəzeti qalmaqal yaradacaq yeni iddia ortaya atıb. Azvision.az türk KİV-lərinə istinadən xəbər verir ki, qəzetin dərc etdiyi məlumata görə, Türkiyə alman kəşfiyyatı tərəfindən telefon danışıqlarının ən çox izləndiyi ölkələrdəndir.
Alman hökumətinə yaxın çevrələrin bildirdiyinə görə, bu məlumat həqiqətdir və Türkiyə çox yaxından izlənilir.
Xatırladaq ki, ABŞ kəşfiyyatının telefonları dinləməsinə Angela Merkel sərt etiraz etmişdi. «Frankfurter Allgemeine Sonntag» nəşri hökumət dairələrinin «Biz dostlar arasında NATO ölkələrinin dinlənilməyəcəyini heç zaman söyləməmişik» fikrinə xüsusi yer verib.
Alman hökumətinin Türkiyəni izləməsi belə izah edilir: «Türkiyə ABŞ, Fransa və ya İngiltərə kimi əsas partnyorlardan biri deyil. Türkiyədə baş verənlər Almaniyanın daxili təhlükəsizliyi baxımdan önəmli rol oynayır. Bu, Almaniyadakı PKK qrupları, radikal sol və sağ təşkilatlarının etirazları, narkotik ticarətinə kimi uzanır. Eyni zamanda Türkiyə hökumətinin Almaniyadakı türk dərnəkləri vasitəsilə siyasi hədəflərə çalışdığı bilinir».
Qeyd edək ki, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının da Almaniya tərəfindən dinlənildiyi bildirilir.