vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
16:21 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 2213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Amnesty International»ın ofisi möhürlənib

Qərbin insan haqları təşkilatları Rusiyadan qovulur

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvada «Amnesty İnternational» (Aİ) hüquq müdafiə təşkilatının ofisi bələdiyyə hakimiyyəti tərəfindən möhürlənib, təşkilatın Rusiyadakı nümayəndələyinin rəhbəri bildirib. Sergey Nikitin möhürlənmənin səbəbini bilmədiyini deyib.

Onun sözlərinə görə, yerli vaxtla saat 10:30 radələrində işə gələn Aİ əməkdaşları ofisin qapılarının sındırılmış olduğunu aşkar ediblər.

Təşkilatın əməkdaşı Aleksandr Artemyev binada elektrik təchizatının kəsildiyini deyib. O, həmçinin qapıdakı kilidlərin dəyişdirildiyini bildirir.

Aİ əməkdaşları öncədən hər hansı bildiriş almadıqlarını deyirlər.

«Amnesty İnternational» təşkilatı 1961-ci ildə, Britaniyada təsis olunub.

Onun əsas məqsədi insan hüquqlarının müdafiəsi və bu sahədə beynəlxalq qaydaları təmin etməkdir.

Aİ öz fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görülüb.

Son illər ərzində Rusiyada xarici təşkilatların fəaliyyətilə bağlı qanunvericiliyin sərtləşməsinə görə bır sıra xarici təşkilat, fond və QHT Rusiyada işini dayandırıb.

Xatırladaq ki, noyabrın 1-də «Amnesty İnternational» Rusiyanı Kreml əleyhinə «sanksiyalaşdırılmayan» nümayişlərdə iştirak etdiyinə görə həbs edilən İldar Dadini dərhal azad etməyə çağırmışdı.