vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
21:50 | 13 noyabr 2016 | Bazar Məqaləyə 866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məğlubiyyətinin səbəbkarını açıqladı

Klintonun ilk təfərrüatlı şərhi

MÖVZU İLƏ ƏLAQƏLİ

Hillari Klinton prezident seçkilərindəki məğlubiyyətinə görə Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini ittiham edərək, eletron poçt qalmaqalı ilə bağlı yeni təhqiqata başlaması ilə kampaniyasına ziyan vurduğunu bildirib.

Demək olar ki, bütün sorğular Klintonun Trampdan öndə getdiyini göstərib. Lakin səslər hesablandıqdan sonra açıqlanan nəticələr təəccübə səbəb olub.

Klinton donorları ilə söhbətində deyib ki, Kominin səsvermədən 11 gün öncə Konqresə emaillərlə bağlı yeni açıqlmalarla məktub ünvanlanması nəticələrə «bomba» təsiri göstərib.

Klinton tərəfdarları ilə uğursuz kampaniyasından sonra ilk dəfə dünən görüşərək, təfərrüatlara varıb. O, çərşənbə günü məğlubiyyətindən sonra ictimaiyyət arasında görünmürdü.

Komi isə deyir ki, oktyabrın 28-də emaillərlə bağlı əlavə faktlar əldə edildiyi üçün qanunvericilərə məktub ünvanlanıb. Belə ki, o, bu faktların məsələ ilə birbaşa əlaqəsi olduğunu düşünüb.