Menendezin ət dərdi
Erməni yeznəsi senatorun başı problemlərdən açılmır
Vaxt.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ermənipərəst Menendezə “mükafat”
Erməni lobbisinin kürəkəni “xarici casus”luqda təqsirləndirilən ilk ABŞ senatoru kimi tarixə düşdü
-
FTB işə qarışdı
ABŞ-da 40 min insanı qaranlığa qərq edən hücum
-
Qadınlar və axçilər ...
Birincilər Yaradanın, ikincilərsə İblisin yerdəki kölgələridir
Noyabrın 16-da keçirilən ABŞ Senatında Cənubi Qafqaza dair dinləmələri Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezin Dövlət Departamentinin hesabat verən əməkdaşlarını həyasızcasına küncə sıxışdırması ilə yadda qaldı. Amma bu söhbətlər səngimədən erməni lobbisinin yeznəsi senator başqa bir qalmaqalla gündəmə gəldi.
Federal Təhqiqat Bürosu (FTB) korrupsiya ittihamı ilə Menendezə qarşı yeni cinayət işi açıb. Düzdür senator əvvəllər cinayət işləri üz-üzə qalsa da yaxasını qurtara bilmişdi. Bu dəfə cinayət işinə səbəb 2020-ci ildə evləndiyi erməni xanımı, iş adamı Nadine Arslanyanın biznes əlaqələri olub. Bu qadın Misirdən olan biznes ortağı ilə ABŞ-a halal ət ixrac edirmiş. Cinayət işi də bununla bağlıdır.
Menendez son zamanlar konkret olaraq administrasiyanın xarici siyasəti üçün problemə çevrilmişdi. NATO-nun Madrid sammitində Bayden Ərdoğana hərbi əməkdaşlıqla bağlı vədlər vermişdi, amma Menendez bu addımı senatda blokladı.
Bu arada ABŞ-ın əsas yəhudi təşkilatı AİPAC Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb. Bu çox ciddi təşkilatdır.