Çin ABŞ ilə müharibəyə hazırlaşır?
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
09:19 | 17 iyul 2024 | Çərşənbə
Məqaləyə 1800 dəfə baxılıb
Şriftin ölçüsü
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ-da rüşvət və korrupsiya ittihamları ilə mühakimə olunan Nyu Cersi ştatının Demokrat senatoru Bob Menendezin cinayəti təsdiqlənib. Xarici Əlaqələr Komitəsinin keçmiş sədri məhkəmə münsiflər heyəti tərəfindən təqsirli bilinib.
Nyu-Yorkun Cənub Dairə Federal Məhkəməsində 9 həftə davam edən məhkəmə prosesinin nəticəsi olaraq hökm elan edilib. Məhkəmə münsiflər heyəti Menendezin rüşvət almaq, ona qarşı istintaqa təzyiq göstərməklə ədalət mühakiməsinə mane olmaq və xarici ölkə üçün fəaliyyət göstərmək də daxil olmaqla, 16 ayrı ittihamın hamısında günahkar olduğuna qərar verib. Bildirilir ki, Menendesin günahkar bilindiyi hər bir maddəyə görə 20 ilə qədər həbs cəzası ola bilər.
70 yaşlı senator 16 ayrı ittihamla hakim qarşısına çıxarılıb. Menendez ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və günahsız olduğunu bildirib.
***
Demokrat senator Menendez, münsiflər heyətinin qərarını açıqladıqdan sonra məhkəmə qarşısında mətbuata verdiyi açıqlamada, yenidən günahsız olduğunu müdafiə edərək, qərara etiraz edəcəklərini söyləyib.
“Xarici ölkə üçün işləməyə dair qətiyyətim bütün Konqres üzvlərinin fəaliyyətini təhlükə altına qoyar”. Aşağıdakı şəkildə danışan Menendez qərarın apellyasiya şikayəti əsasında geri qaytarılacağına ümid etdiyini bildirib.
Menendez münsiflər heyəti tərəfindən təqsirli bilindikdən sonra Konqresdə Senat çoxluğunun lideri Çak Şumer senatoru dərhal istefa verməyə çağırıb.
“Münsiflər heyətinin qərarından sonra senator Menendez seçiciləri, Senat və ölkəmiz üçün düzgün olanı etməli və istefa verməlidir”, – deyə Şumer bildirib.
Nyu-Cersi ştatının qubernatoru Fil Merfi də Menendezin qanunları və Konqres üzvü kimi ona olan etibarı pozduğunu bildirərək, senatorun istefasını tələb edib və qeyd edib ki, bu qərar bütün fərdlərin səlahiyyətlərindən asılı olmayaraq qanuna tabe olduğunu göstərir.
Menendezin cəzasının müəyyən ediləcəyi məhkəmə oktyabrın 29-da keçiriləcək.
Menendez münsiflər heyəti tərəfindən “xarici agent kimi fəaliyyət göstərməkdə” təqsirli bilinən ilk ABŞ senatoru oldu.
***
İlk dəfə 22 sentyabr 2023-cü ildə Nyu-Yorkun Cənub Dairəsinin Federal Məhkəməsinə təqdim edilən 39 səhifəlik iddianamədə Bob Menendez və onun həyat yoldaşı Nadine (Arslanyan) Menendez siyasi fayda qarşılığında külli miqdarda rüşvət alma planında iştirak etməkdə günahlandırılıblar.
Evində axtarış zamanı tapılan qızıl külçələr və gizli pullarla yanaşı, Menendezin Misirə rəsmi yardımda, xüsusilə də Konqresdə xarici ölkələrə hərbi yardım mövzusunda söz sahibi olan Senatın Xarici Əlaqələr Komitəsinə sədrliyi dövründə təsiri və Nyu-Cersidəki misirli iş adamları və şirkətləri ilə əlaqələri iddianamədə diqqət çəkmişdi.
İttihamların ertəsi günü Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməli olan Menendez partiyasının və ictimaiyyətin təzyiqlərinə müqavimət göstərərək Konqresdəki kürsüsündən istefa verməyəcəyini bəyan edib.
Menendesə qarşı ilk ittiham aktı daha sonra genişləndi və onu siyasi mövqeyindən Qətər xeyrinə istifadə etməkdə ittiham edildi.
Kuba əsilli mühacir ailəsinin oğlu olan Menendez Türkiyə və Azərbaycan əleyhinə fikirləri və ABŞ Konqresindəki yunan və erməni lobbilərinə yaxınlığı ilə tanınır. Menendez ABŞ-dan Türkiyəyə “F-16” satışına qarşı çıxanlardan biri olsa da, Türkiyənin Aralıq və Egeydəki dənizlərindəki siyasətindən narahatlığını da hər fürsətdə gündəmə gətirirdi.