vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
“Kəşfiyyat hesabatı tələsik hazırlanıb” 07:04 | 10 iyul 2025 | Cümə axşamı Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kəşfiyyat hesabatı tələsik hazırlanıb”

ABŞ-da keçmiş FTB və MKİ direktorları vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennan və Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Ceyms Komi barəsində rəsmi istintaq başladılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və konqresə yalan ifadə verməkdə ittiham olunurlar.

“Fox News” telekanalı ABŞ Ədliyyə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, hazırkı MKİ direktoru Con Ratklif, Brennanın vəzifə səlahiyyətlərini aşdığına dair sübutları FTB-yə təqdim edib.

Bu məlumatdan sonra FTB Brennan barəsində rəsmi istintaqa start verib. Məlumata görə, eyni zamanda keçmiş MKİ rəhbəri Ceyms Komi haqqında da eyni əsaslarla araşdırmalara başlanılıb.

Mənbələrin sözlərinə görə, bu istintaqlar Rusiya hökumətinin 2016-cı il ABŞ prezident seçkilərinə Donald Trampın xeyrinə müdaxilə etdiyi iddiaları fonunda aparılan genişmiqyaslı araşdırmalarla bağlıdır.

İddiaya əsasən, Brennan və Komi Konqres qarşısında yalan ifadə verib və bu məsələ ilə bağlı aralarındakı ünsiyyət qurama kimi qiymətləndirilib.

Digər tərəfdən, MKİ 3 iyul tarixində verdiyi açıqlamada, 2016-cı ildə Rusiyanın Trampın xeyrinə seçkilərə müdaxilə etməsi ilə bağlı hazırlanan kəşfiyyat hesabatının tələsik və natamam olduğunu bildirib.

Qeyd edək ki, həmin iddialarla bağlı 2017-ci ildə xüsusi prokuror Robert Müller tərəfindən geniş istintaq başladılmış və Trampın seçki kampaniyası detallı şəkildə araşdırılmamışdı. Lakin təxminən 2,5 il davam edən istintaq nəticəsində Trampı birbaşa günahlandıracaq dəlil aşkarlanmayıb və iş bağlanıb.

Bu istintaqlar, ABŞ-da seçkiyə müdaxilə iddialarının siyasi sistemə və təhlükəsizlik orqanlarına təsirinin hələ də davam etdiyini göstərir. ABŞ kəşfiyyat orqanlarının daxili fəaliyyətləri və onların siyasi müstəvidəki rolları dünya ictimaiyyətində maraqla izlənilir.