
“Kəşfiyyat hesabatı tələsik hazırlanıb”
ABŞ-da keçmiş FTB və MKİ direktorları vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur
ABŞ-da keçmiş FTB və MKİ direktorları vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur
İki nəfər casusluq ittihamı ilə həbs edilib
FTB direktoru jurnalisti məhkəməyə verdi
Agentlər yalan detektorundan keçməyə məcbur edilir
... Məxfi məlumatları sızdırmağa çalışdı
Keçmiş FTB rəhbərinin şübhəli Tramp postu ABŞ-da mübahisələrə səbəb oldu
Epsteyn sənədlərinin məxfilik pərdəsi qalxdı və siyasi teatr göründü
Trampın müavin təyinat etdiyi Danel Bongino məxfi sirləri yaymaqda günahlandırılıb
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
17 ştata içərisində şübhəli maddə olan məktublar göndərilib
Milli Konqresin səhər yeməyində qidalara həşəratlar qoyulub
İranlı hakerlər Donald Trampın seçki qərargahını hədəf alıb
FTB Trampın qulağına dəyən cismi təsdiqlədi
Polis və prokurorun dəlilləri “saxta” çıxdı
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapılan pedofili milyarder Cefri Epşteyn ölmdən bir neçə saat öncə “hələ də buradayam” mesajı göndərib. Bu iddianı ABŞ Prezidenti Donald Trampın bioqrafiyasını yazan Maykl Vulf irəli sürüb.
Vaxt.az xəbər verir ki, “The Daily Beast”in podkastında danışan Vulf, Epşteyn ilə illər əvvəldən tanış olduqlarını deyib və onun vəfatından az öncə aldığı mesajı açıqlayıb.
Vulfa görə, mesaj Epşteynin vəkillərindən biri vasitəsilə ona ölümündən iki gün öncə axşam saatlarında çatdırılmışdı. Epşteyn isə səhər saatlarında həbsxanadakı kamerasında asılmış vəziyyətdə ölü tapılmışdı.
Mesajda Epşteyn “Hələ də buradayam” – yəni ingiliscə “Still hanging around” ifadəsini yazıb. Bu cümlədəki “hang” sözü həm də “asılmaq” mənasını verdiyi üçün, mesaj ironik və müəmmalı sayılır. Məhz bu ifadənin onun ölümü ilə bağlı sualları artırdığı bildirilir.
Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkun Metropoliten Həbsxanasında ölü tapılmışdı. ABŞ Ədliyyə Nazirliyinin 2023-cü ildə yaydığı hesabatda onun intihar etdiyi qeyd olunur. Tramp dövründə Federal Təhqiqat Bürosu (FTB) da Epşteynin ölümünü intihar kimi sənədləşdirib. Eyni zamanda, FTB onun müştəri siyahısının mövcud olmadığını da bildirib. Bu isə ABŞ ictimaiyyətində ciddi narazılıq doğurub.
Dünyanın ən zəngin şəxslərindən biri olan Epşteynin Britaniya kral ailəsindən şahzadə Endrü və ABŞ-ın sabiq prezidenti Bill Klintonla da əlaqələrinin olduğu dəfələrlə mətbuata çıxmışdı. Öz açıqlamalarına görə, Epşteyn və Donald Tramp 10 il ərzində yaxın dost olublar. Ağ Ev isə Trampın əlaqədə olduğu iddialarını rədd edir və Maykl Vulfun “fantaziya uydurduğunu” bildirir.
Vulf iddia edir ki, Trampın seçki kampaniyasına rəhbərlik edən Stiv Bennon da Epşteyndən ehtiyat etdiyini bildirib. Onun sözlərinə görə, Bennon Epşteynə “Sənin kimi adamdan qorxuram” deyib. Vulf bunu Epşteynin Tramp barəsində kompromat materiallara sahib olması ilə əlaqələndirib. Bennonun vəkili isə bu iddianı rədd edib və Vulfun adını çəkərək onun haqqında “həmişə yalan danışan biri” deyib.
Vulffun iddiasına görə, Trampın 2016-cı il kampaniya rəhbəri Stiv Bannon, Epşteinə “Mənim ən çox qorxduğum adam sənsən” deyib. Bannonın vəkili bu sözlərin doğru olmadığını, Vulffun tez-tez hekayələr uydurduğunu iddia edib.
Qeyd edək ki, Epşteinin Bill Klinton, Şəhazadə Endrü və Donald Tramp da daxil olmaqla nüfuzlu şəxslərlə əlaqələri foto və videolarla dəfələrlə üzə çıxıb.