Növbə Kubaya çatdı?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
15:11 | 20 avqust 2024 | Çərşənbə axşamı
Məqaləyə 377 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
ABŞ-da Federal Təhqiqatlar Bürosu (FTB) noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkilərində seçki kampaniyalarını aparan bəzi məsləhətçilərin elektron poçt ünvanlarının sındırıldığı iddiaları ilə bağlı araşdırmasını başa çatdırıb.
“Washington Post”un hesabatında FTB və ABŞ kəşfiyyat orqanlarının yazılı açıqlaması yer alarkən, ABŞ Respublikaçı namizəd Donald Trampın seçki kampaniyasından bəzi məsləhətçilərin elektron poçt ünvanlarının İran tərəfindən sındırıldığı bildirilib.
FTB-nin Milli Kəşfiyyat Direktoru Ofisi və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi ilə birgə yaydığı bəyanatda deyilir ki, “ABŞ kəşfiyyatı əmindir ki, iranlılar sosial mühəndislik vasitəsilə seçki kampaniyalarına birbaşa çıxışı olanlara əlaqəyə çalışırlar. Bu cür fəaliyyətlərin məqsədi ABŞ-da seçki prosesinə təsir etməkdir”.
Açıqlamada İranın seçkinin nəticələrinə təsir göstərməyə çalışdığı iddia edilərkən, bu cür fəaliyyətlərin ilk dəfə həyata keçirilmədiyi və FTB-nin uzun müddətdir ki, bununla bağlı araşdırmalarını davam etdirdiyi xatırladılıb.
“Microsoft Threat Analysis Center”in avqustun 9-da dərc etdiyi hesabatda bəzi İran qruplarının prezident seçkilərinə təsir etmək üçün kiber fəaliyyətlərini sürətləndirdiyi bildirilib.
Hesabatda İranın ABŞ-da keçirilən seçkilər zamanı “kiber dəstəkli təsir əməliyyatları” həyata keçirdiyi, bəzi iranlı qrupların bəzi dövlət məmurlarının e-poçt hesablarına “saxta e-məktublar” göndərdiyi bildirilib.
İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı bir qrupun iyun ayında həssas məlumat toplamaq üçün yüksək vəzifəli bir prezident seçki kampaniyası rəsmisini hədəf aldığını qeyd edən hesabatda İranlı bir qrupun hər iki siyasi qrup üçün ABŞ-da yerləşən xəbər saytları kimi görünən internet saytları yaratdığı və qütbləşməni artırmağa çalışıb.
Hesabatla bağlı açıqlama verən İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) Missiyası ABŞ-da prezident seçkilərinə müdaxilə və ya kiberhücum iddialarını təkzib edib.
***
Trampın seçki kampaniyası komandasının avqustun 11-də verdiyi açıqlamada e-poçt ünvanlarına hücum edildiyi və həssas məzmunlu kampaniyadaxili sənədlərə hücuma görə İranın məsuliyyət daşıdığı iddia edilib. Kampaniya sözçüsü Steven Çung, hücumun "ABŞ-a düşmən olan xarici mənbələr" tərəfindən edildiyini bildirərək, “Sənədlər qeyri-qanuni əldə edilib. Xaos yaratmaq istəyiblər”, – o, deyib.
Çung, “Politico” jurnalının dərc etdiyi hesabatda “İranlı hakerlərin yüksək rütbəli bir Amerika rəsmisinin hesabını sındırdığı”, – dediyi diqqət çəkib.