
Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
ABŞ-da Müdafiə Kəşfiyyat Agentliyinin əməkdaşı məxfi məlumatları sızdırmağa çalışarkən ABŞ-da Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən yaxalanıb.
FTB kəşfiyyat əməkdaşının bu addımı atmasına səbəb kimi şəxsin ABŞ prezidenti Donald Trampa qəzəbləndiyini qeyd edib.
FTB-nin açıqlamasına görə, Müdafiə Kəşfiyyat İdarəsinin əməkdaşı sözügedən materialı adı açıqlanmayan “dost xarici ölkə” ilə bölüşmək istəyib.
“Politico” xəbər saytının məlumatına görə, Natan Villas Laaç adlı həmin şəxs hərbi kəşfiyyat xidmətində informasiya texnologiyaları (İT) sahəsində çalışırmış.
Məhkəmə sənədlərinə və Ədliyyə Departamentinin bəyanatına görə, Laaç məxfi materialı “dost xarici hökumət”lə paylaşmağı təklif edib. Federal Təhqiqatlar Bürosunun məhkəməyə təqdim etdiyi ifadəyə görə, kəşfiyyat əməkdaşı elektron poçtunda “Mövcud administrasiyanın son hərəkətləri məni çox narahat edir... Mən bu administrasiyanın dəyərləri ilə razılaşmıram və onlara əməl etmirəm. Birləşmiş Ştatların müdafiə etdiyi və təmsil etdiyi dəyərləri dəstəkləmək istəyirəm” deyib.
***
FTB özünü xarici ölkənin nümayəndələri kimi təqdim edən Laaçla əlaqə saxlayıb və əməliyyat zamanı sözügedən elektron poçtu əldə edib. FTB ona cavabında, “Axşamınız xeyir. Mesajınızı aldım və narahatlıqlarınızı bölüşdüm”, – yazıb.
Laaç, həssas məlumatları açıqlamaq ehtimalı olan işçilərin müəyyən edilməsinə cavabdeh olan Müdafiə Kəşfiyyat Agentliyinin Daxili Təhdidlər Bölməsində işləyirdi.
Laaç dünən Virciniyanın şimalında FTB tərəfindən tutulub. Gizli agent materialı şübhəli şəxsdən əvvəlcədən müəyyən edilmiş yerdə qəbul edib və daha sonra şübhəli nəzarətə götürülüb.
İddialara görə, şübhəli şəxs səlahiyyətlilərə ABŞ-dakı şərtlərə görə xarici ölkədən vətəndaşlıq almaq istədiyini bildirib.