vaxtlı-vaxtında oxuyun! Şənbə, 12 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
Antep fıstıqlarında təhlükəli bakteriya 10:56 | 11 iyul 2025 | Cümə Məqaləyə 36 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Antep fıstıqlarında təhlükəli bakteriya

Avropada məhsullar geri çağırılır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın geniş satış şəbəkəsinə malik “Auchan” supermarketlərində satılan 150 qramlıq qovrulmuş, duzsuz Antep fıstıqlarında salmonella bakteriyası aşkarlanıb. Bununla əlaqədar məhsulların təcili şəkildə satışdan geri çağırılmasına qərar verilib.

Vaxt.az xəbər verir ki, geri çağırma qərarı 13 mart – 2 iyul 2025-ci il tarixləri arasında satışa çıxan və satılmış məhsulları əhatə edir. Söhbət barkod nömrəsi 8435177064395, partiya nömrəsi 7596, son istifadə tarixi isə 10 mart 2026 olan Antep fıstığından gedir.

Fransanın rəsmi xəbərdarlıq platforması “RappelConso” salmonella bakteriyasının bağırsaq infeksiyası, ishal, qusma, yüksək hərarət və baş ağrısı kimi əlamətlərlə müşayiət olunduğunu bildirib. Yoluxma halları adətən bakteriya ilə çirklənmiş məhsulun qəbulundan 6-72 saat sonra üzə çıxır.

Xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün bu infeksiya daha təhlükəli nəticələrə səbəb ola bilər. Bu səbəbdən rəsmilər həmin məhsulu alanlara qətiyyən istehlak etməməyi və fıstıqları satış məntəqələrinə qaytarmağı tövsiyə edir.