Türkiyənin güclü geoiqtisadi həmləsi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
13:22 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 293 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
Yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynə (Jeffrey Epstein) aid olduğu iddia edilən dəftər həm İngiltərəni, həm də ABŞ-ı qarışdırıb. İddialara görə, Epşteynin 50-ci doğum günündə doğum günü dəftərinə xüsusi qeydlər yazılıb. Söhbət gedən dəftərdə ABŞ Prezidenti Donald Tramp və İngiltərənin Vaşinqtondakı səfiri Mendelsonun qeydlərinin olduğu irəli sürülür. Qeydlərdə Mendelson Epşteyni “ən yaxşı dostum” kimi təsvir edib.
Ağ Ev və ABŞ Vitse-Prezidenti Ceyms Vens (James Vance) Trampın qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan Ceffri Epşteynə göndərdiyi iddia edilən və Tramp tərəfindən rədd edilən “cinsi məzmunlu” doğum günü məktubunun doğruluğunu təkzib etdi.
Ağ Ev sözçüsü Karolayn Livit (Karoline Leavitt), “X” sosial media platformasında açıqlama verərək, “The Wall Street Journal” qəzetinin Trampın Epşteynə göndərdiyi iddia edilən məktuba dair xəbərini şərh etdi.
Qəzetin xəbərinin “Doğum Günü Kartı” hekayəsinin yanlış olduğunu sübut etdiyini qeyd edən Livit, “Başından bəri dediyim kimi, Prezident Tramp bu məktubu hazırlamayıb və imzalamayıb” ifadəsini istifadə etdi. Livit əlavə edib ki, xəbəri yazan müxbir Ağ Evə cavab vermək üçün vaxt buraxmayıb və Trampın hüquq komandası iddianı “aqressiv” şəkildə izləməyə davam edəcək.
ABŞ Vitse-Prezidenti Ceyms Vens də Livitin paylaşımını sitat gətirərək, Demokratların bu məsələni illərdir görməzdən gəldiyini və “Epşteyni və ya Epşteynin qurbanlarını” önəm vermədiklərini bildirib. Demokratların Trampı qaralamaq üçün “başqa bir saxta qalmaqal yaratmaq” istədiyini bildirən Vens, “Heç kim bu absurda inanmayacaq” deyib.
“Cinsi məzmunlu” doğum günü məktubu
Trampın rədd etdiyi “cinsi məzmunlu” doğum günü məktubu ictimaiyyətə açıqlanmışdı. ABŞ Nümayəndələr Məclisinin Audit Komitəsi tərəfindən Trampın rədd etdiyi məktubun ABŞ Prezidenti tərəfindən Epşteynə göndərildiyi iddia edilmişdi. Məktubun 2003-cü ildə Epşteynin doğum günü üçün hazırlanmış hədiyyə paketinin bir hissəsi olaraq göndərildiyi irəli sürülürdü. Məktubda Trampın adı və imzasının olduğu, əllə çəkilmiş kimi görünən əyilmiş bir qadın silueti ilə çərçivələnmiş mətn yer alırdı. Məktubda Trampın Epşteynə müraciəti belə iddia olunurdu: “Dostluq əla bir şeydir. Doğum günün mübarək olsun. Hər günün fərqli bir əla sirr olsun.”
Tramp məktubla bağlı xəbərləri yayımlayan “The Wall Street Journal” qəzetinə 10 milyard dollarlıq iddia açmış və məktubla bağlı bütün iddiaları rədd etmişdi.
İngiltərə səfirindən “Ən yaxşı dostum” qeydi
Söhbət gedən doğum günü dəftəri iddiaları arasında İngiltərənin ABŞ Böyükelçisi Mendelson-un adı da var. Dəftərdə Mendelson Epstein-i “ən yaxşı dostum” kimi təsvir edib və onu “ağıllı və iti düşüncəli biri” kimi qeyd edib.
Mendelsonun sözçüsü açıqlamasında, səfir Epşteyn ilə tanış olmasından uzun müddət peşmanlıq duyduğunu vurğulayıb.