
Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbərindən Trampa sərt reaksiya
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahı qarşısında bir nəfərin təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyi iddia edilir.
Səhər tezdən ərazidə silah səsləri eşidilib. Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən verilən açıqlamada vəziyyət “təhlükəsizlik hadisəsi” olaraq xarakterizə edilib. MKİ, həmçinin rəsmi “X” sosial media platformasındakı bir yazıda binanın əsas qapısının növbəti xəbərdarlıqa qədər bağlı qalacağını bildirdi və agentlik işçilərindən bu gün alternativ yollardan istifadə etmələrini istədi.
***
“NBC News” xəbər verir ki, hadisə nəticəsində ölən olmayıb. Hüquq-mühafizə orqanlarındakı mənbə hadisəni törədən şübhəlinin qadın olduğunu desə də, hadisə ilə bağlı başqa təfərrüatlar paylaşılmayıb.
“Fairfax County” polisi bildirib ki, yerli vaxtla səhər saat 4 radələrində baş vermiş insidentdən sonra patrul məmurları MKİ polisinə yol hərəkətinə nəzarət etməkdə kömək ediblər. Polisin verdiyi açıqlamada, “Fairfax” əməkdaşlarının yol hərəkətinə dəstək verməyə davam etdiyi bildirilib.
***
“NBC News”a mənbə bildirib ki, hüquq-mühafizə orqanları bu gün səhər saatlarında Virciniya ştatının Langley şəhərində MKİ-nın baş qərargahı qarşısında bir nəfəri güllələyib.
“Reuters” xəbər agentliyinin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin sözçüsü hüquq-mühafizə orqanlarının qurumdan kənarda baş verən təhlükəsizlik hadisəsinə reaksiya verdiyini və qurumun qapıları xaricində baş verən və bir nəfərin də iştirak etdiyi hadisədən sonra bir nəfərin nəzarətə alındığını bildirib. Lakin sözçü bu şəxsin vurulub-vurulmaması barədə danışmaqdan imtina edib.