
Elektrikli mişarla MKİ-yə hücum
DOGE-nin qeyri rəsmi başçısı idarədə kəşfiyyat aparacaq
DOGE-nin qeyri rəsmi başçısı idarədə kəşfiyyat aparacaq
Obamanın müşaviri təcavüz işinə qoşuldu
Vulsi Klintonla birbaşa çox az əlaqə saxlayır və prezidentlə nadir hallarda görüşürdü
ABŞ və Böyük Britaniya kəşfiyyatı əməkdaşlığın vacibliyini qəbul edir
“Qatil qətldən 3 ay əvvəl MKİ-nin gizli əməliyyatında iştirak edib”
Uilyam Börns bir neçə saatlıq ziyarətdə iki görüş keçirib
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə yeni namizəd 20 il qabaq Azərbaycanda kimləri tutmuşdu...
Şahin Cəfərli: «Trampın Ağ Evdəki 14 aylıq idarəçilik dövrünü bir kəlmə ilə belə xarakterizə etmək olar: xaos»
Putin: «Haranı vuracaqsınız axı, hansı hədəflər var?»
İran generalı Süleymani ABŞ kəşfiyyatının başçısını «saymır»
Videoni Mərkəzi Kəşfiyyat İdarəsi yayıb
ABŞ kəşfiyyatının şok proqnozu - Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək ...
Partlayıcını tapmaqdan imtina etdiyinə görə ...
«Amerika xalqının və tarixçilərin bu mətnləri görmələrinin vaxtıdır»
Hətta ABŞ prezidentin dincəlidiyi ərazidən...
«Elə edək ki, arzrularımız imkanlarımızla üst-üstə düşsün»
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəqəmsal innovasiyalar üzrə direktor müavini olmuş Culian Qalinanın oğlu Maykl Qlossun Rusiya ordusunda döyüşərkən həlak olduğu məlum olub.
Rusiyanın “Important Stories” (“Mühüm hekayələr”) araşdırma saytının məlumatına görə, 21 yaşlı Qloss 2023-cü ilin aprelində Ukraynanın şərqindəki Donetsk vilayətində baş verən döyüşlərdə həlak olub.
Maykl Qloss eyni zamanda Dəniz Piyadaları veteranı olan Larri Qlossun oğlu idi. Universitet illərində Avropa və Türkiyəni gəzən gənc fəal uzun saçları və orta əsrlər üslubunda geyimləri ilə diqqət çəkib.
2022-ci ildə Vaşinqtonda keçirilən iqlim etirazında həbs olunan Qloss daha sonra Men ştatındakı Atlantik Kollecinə daxil olub.
***
Rusiyanın Ryazan şəhərində 137-ci hava-desant alayında təlim keçərkən Qloss Rusiya vətəndaşlığını almaq və ölkədə ekoloji infrastruktur layihələrini inkişaf etdirmək arzusunda olduğunu bildirib. Sosial şəbəkələrdə və 1970-ci illərin fəallığından ilhamlanan “Göy qurşağı ailəsi” qrupunun üzvləri ilə söhbətlərində o, tez-tez ABŞ-ın siyasi sisteminə və Qərbin hegemonluğuna qəzəbini dilə gətirirdi.
Qloss “Telegram”da orta barmağını ABŞ Kapitoliyasına göstərərək və yanan Amerika bayrağının şəkillərini paylaşaraq, "ABŞ siyasi sisteminin necə işlədiyini başa düşəndə anladım ki, zorakılıq bu sistemin ayrılmaz hissəsidir", – yazmışdı.
***
2023-cü ilin payızında Türkiyədə olarkən Rusiya vizası alan Qloss Krıma gedib, daha sonra Rusiya ərazisinə daxil olub və hərbi xidmətə çağırılıb. Əldə edilən məlumata görə, əcnəbi könüllülərin sağlamlıq yoxlamalarının aparıldığı mərkəzdə qeydiyyata alındığı müəyyən edilib.
Qloss videolarda Nepaldan və digər ölkələrdən olan digər əcnəbi könüllülərlə birlikdə gülümsəyərək fotolar paylaşıb. Məlumata görə, o, dostlarına rus ordusuna döyüşmək üçün deyil, vətəndaşlıq almaq üçün getdiyini deyibmiş.
Həyatdakı məqsədinin ətraf mühitin çirklənməsini və əlaqəli xəstəlikləri (xərçəng, limfoma və hormonal pozğunluqlar) aradan qaldıracaq su oksidləşmə infrastrukturu qurmaq olduğunu bildirən Qloss, ətraf mühitə qarşı fəallığı ilə də tanınırdı.
137-ci alayın bir əsgərinin dediyinə görə, Qloss təlimdən sonra “hücum bölmələrinə” göndərilib.
***
“Telegram” hesabına sonuncu dəfə 2024-cü ilin martında daxil olan Qloss 2024-cü il aprelin 4-də döyüşlərdə dünyasını dəyişib.
Həmin vaxt 137-ci alay Ukraynanın Soledar şəhəri yaxınlığındakı Rozdolivka və Vesele şəhərləri arasında çətin şəraitdə döyüşürdü.
Qlossun ailəsi səkkiz ay sonra Virciniya ştatının Fairfaks şəhərində dəfn mərasimi keçirdi. Lakin nekroloqda Qlossun rus ordusuna qoşulması ilə bağlı heç bir məlumat verilməyib.
Nekroloqda deyilir: “Maykl təbiətə və bütün canlılara məhəbbət bəsləyirdi. O, ədalətli dünya arzusunda idi və ulduzların altında yatmağı və odun yanında yemək bişirməyi sevirdi. O, Şərqi Avropada öz qəhrəmanlıq yolunu davam etdirərkən faciəvi şəkildə həlak oldu”.
Culiane Qallina Hərbi Dəniz Qüvvələrindən sonra 2019-cu ildə MKİ-yə qoşulub və agentliyin rəqəmsal transformasiya proseslərində mühüm rol oynadı.