vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
16:01 | 30 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 595 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq dostundan Serjə ironik cavab

Sərkisyana qarşı ciddi müxalifət cəbhəsi formalaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Unutmamalıyıq ki, nə vaxtsa ana çaya qarışan zərərli tullantılar onu tam yararsız hala sala və bütün yatağı hürküdə bilər. Və ola bilsin ki, bunadək ondan ayrılan və hələ də torpaq qoxusu verən qollar məhv olanadək, heç olmasa bir-iki kəndə həyat verə bilər».

Bunu Ermənistanın keçmiş baş naziri Ovik Abramyan özünün «Facebook» səhifəsində prezident Serj Sərkisyanın siyasi xadimlərin hakim partiyadan ayrılması ilə bağlı bəyanatına cavab olaraq yazıb.

Sərkisyan hakim «Respublika partiyası» nın toplantısında deyib ki, böyük çaylar bütün həyatı boyu inkişafı təmin edir, həyat, çörək və su verir. Ondan ayrılan qollar isə bir daha geri dönmür, quruyaraq yoxa çıxır».

Hakim «Respublika partiyası»nın sözçüsü Eduard Şarmazanov Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib ki, Sərkisyan hakim partiyadan ayrılanlara demək istəyir ki, sonları olmaycaq.

«Bu xəbərdarlıq yox, reallıqdır. Siyasi əsas və motiv göstərmədən və siyasi proqramı olmadan başqa yolla gedənlərin gələcəyini görmürəm», - deyə Şarmazanov vurğulayıb.

Şarmazanov hesab edir ki, partiya qarşıdan gələn seçkilərə prezidentin rəhbərliyi ətrafında daha sıx şəkildə gedəcəyindən daha da möhkəmlənəcək. Siyasi müşahidəçilərsə Abramyanın hakim partiyadan gedişini Sərksiyana ciddi zərbə sayırlar. Bu arada Sərkisyanın aprel döyüşlərindən sonra hökumətdə yenilik etməsi nəticəsində işsiz qalan keçmiş müdafiə naziri Seyran Ohanyan da Serjə qarşı müxalifətə keçib.

Şarmazanov prezident Sərksyanın Qaqik Sarukyanın yenidən siyasətə dönməsi barədə dediklərinə də toxunub.

O deyib ki, prezidentin bəyantı göstərir ki, onlar Sarukyanın siyasətə dönməsini alqışlamır və onu siyasi səhnədə görmürlər. «Bu həm də Sarukyanın prezident və hakim partiyanın planı ilə yenidən siyasətə dönməsi barədə deyilənlərin doğru olmadığını göstərir» - deyə, Şamrazyan vurğulayıb. Qeyd edək ki, keçmiş baş nazir və hakim «Respublika partiyası»nın sədr müavini Ovik Abramyan yanvarın 24-də hakim partiyanın sədr müavinliyindən istefa verib.

Aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək. Seçki ərəfəsində ölkədə müxalifət partiyalarının fəallaşdığı müşahidə olunur. Keçmiş müdafiə naziri Seyran Ohanyanla keçmiş xarici işlər naziri Vardan Oskanyan artıq seçkiyə bir neçə siyasi partiya ilə blok şəklində getmək qərarına gəliblər. Həmçinin digər müxalifət partiyaları seçkiyə ayrıca blok şəklində gedəcəklərini bəyan ediblər.