«Putin bu il SSRİ-ni yeni formada bərpa etmək istəyir»
Bunun üçün KTMT və AİB-dən imtina edilməlidir?
Naira AYRUMYAN, Lragir.am
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
Belarus prezidenti Aleksandr Lukaşenko dünən böyük mətbuat konfransı çağırıb. Rusiya KİV-ləri Lukaşenkonun Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq haqda bəyanatını əvvəlcədən car çəkmişdi, amma sonra bildirilib ki, Batka tələsməyəcək.
AİB və KTMT-də coşqun dezinteqrasiya prosesləri baş verir. Rusiya Belarusla sərhəddə sərhəd zonası yaradıb, Minsk Rusiya ilə sazişlərdən yan keçməklə 80 ölkənin vətəndaşı üçün vizasız rejim elan edib. Belarus gileylənir ki, Avrasiya gömrük rüsumları onun maşınqayırma məhsullarının ixracatına mane olur.
Qazaxıstan da susmur – Nursultan Nazarbayev bu günlərdə Konstitusiyaya yeni maddə daxil etməyi təklif edib. Əsas Qanunun 91-ci maddəsinin 2-ci bəndini «Müəyyən edilmiş konstitusiya ilə dövlətin müstəqilliyi dəyişdirilə bilməz» göstərişi ilə tamamlamaq təklif edilir. Karnegi mərkəzinin analitiklərinin fikrincə, bu, ona görə edilir ki, «Avrasiya İqtisadi Birliyinin millətüstü qurumlarının təkmilləşdirilməsinin gedişində konstitusiya yasağına istinad etməklə Qazaxıstan suverenliyinin hansısa hissəsinin, deyək ki, AİB tərəfindən məhdudlaşdırılmasında bütün cəhdlər rədd edilsin».
Hər şeyə əsasən, Rusiya bu il Avrasiya Birliyini «təkmilləşdirməyə» hazırlaşır. «Yenidən təşkil» üçün rəmzi vaxt seçilib – Rusiya bu il «Böyük oktyabr inqilabı»nın yüz illiyini qeyd edəcək. Rusiya ekspertlərinin dediyinə görə, Rusiya yubiley ərəfəsində Sovet İttifaqını yenidən qurmağa cəhd edir, amma daha «təkmil» biçimdə.
Rusiya imperiyası Sovet İttifaqı dönəmində öz hakimiyyətini qurunun altıda birinə yaya bilib. Bundan başqa, Avropa, Latın Amerikası, Afrika və Yaxın Şərqin yarısı Rusiyayönlü sosialist düşərgəsinə daxil idi. Bu, doğrudan da, Rusiya imperiyasının zirvə anı idi və Putinin Stalin kultunu qaytarmaq cəhdi təsadüfi deyil. Axı Rusiya imperiyası məhz Stalin və SSRİ dönəmində dünya dövləti olub.
Hər şeyə görə, Putin bu il sovet imperiyasını, heç olmasa, formal olaraq bərpa etmək istəyir. Ancaq bunun üçün AİB və KTMT-i ciddi şəkildə yenidən təşkil etmək lazım gələcək. Bu iki inteqrasiya bloku təkcə «suveren müqavimət» doğurmaqla üzv ölkələrin suverenliyini məhdudlaşdırmır, həm də Rusiyanın gücü çatmayacaq məsuliyyəti nəzərdə tutur.
Rusiya ekspertləri gizlətmirlər ki, bu iki blok Moskva üçün başağrısına dönür və hazırda əməkdaşlığın yeni formatları hazırlanır. Bu formatlar daha az məsuliyyət, lakin daha çox formal, «imperiya» ittifaqı nəzərdə tutacaq.
Məsələn, Rusiya ekspertləri Rusiyanın Dəməşqə Konstitusiya layihəsi təklif etdiyi Suriya üzrə Astana görüşündən sonra Suriyanın da qoşula biləcəyi hansısa Konfederasiyadan danışmağa başlayıblar. Hər şeyə əsasən, bu, indi də xeyli nüfuzlu dövlətin daxil olduğu Britaniya konfederasiyasını xatırlatmalıdır. Bu, həmin ölkələrin suverenlik və inkişafına mane olmur, lakin formal planda «Britaniya təbəəsi» sayılır. İstisna olunmur ki, Rusiya da bu cür format düşünə bilər. O, bunun üçün AİB və KTMT-dən imtina etməli olacaq və Lukaşenko ilə Nazarbayev bu işdə Moskvaya kömək edəcəklər.
Ermənistan bu cür perspektivə necə yanaşacaq? Erməni siyasətçiləri «geopolitik dəyişikliklər»dən danışırlar. Onlar bunumu nəzərdə tuturlar ki, Rusiya Ermənistanın da daxil olacağı «konfederasiya» yaratmaq imkanı əldə edəcək? (strateq.az)