Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kütlə – cəmiyyətin “qara dəlik”i
Yaxud heç bir özəlliyi olmayanların “ortaq dəyəri”
-
Lenin çürüyür
Mavzoleyin yeganə sakininin mumiyasının 5-də 1-i qalıb
-
Qara dənizdə qətl
Bakıdan gedən türk kommunistləri necə boğdular?
-
Xəstə Krupskayanın güdazına gedən Lenin
240266 saylı 23 cildlik cinayət işi
-
Yanlış sualın doğru cavabı olmur
Bolşevik İnqilabının 100-illiyi (ikinci yazı)
-
Kommunizmin 100 ili
Milyonları güllələnmə və aclıq, sağ qalanları isə polis rejiminin dəmir yumruğu altında vahimə və səfalət dolu həyat gözləyirdi
-
«Bağışlamaq» «unutmaq» demək deyil
Bolşevik İnqilabının 100-illiyi ilə bağlı birinci yazı - (giriş)
-
Axirət saatında son iki dəqiqə
Bu zaman məfhumu ilk atom bombasının yaradılmasından sonra hazırlanıb
-
Dekabrın iki tarixi «sürprizi»
Milyonların azadlığını əlindən alan SSRİ eyni ayda yarandı və dağıldı
-
Dünyada hələ də sirri açılmayan, ətrafında kifayət qədər hörümçək toru qurulan hadisələrdən biri də tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən, qırmızı terrorun yaradıcısı Vladimir Leninə olan sui-qəsd və burda ittiham edilən Kaplanın kimliyidir.
Əsl adə Feyqa Haimovna Roytblat olan Fanni Yefimovna Kaplan bu günə qədər Lenini güllələyən qadın- Sosialist İnqilabçı kimi tarixə düşüb. Həddən çox ziddiyyətli və ipləri qırılan faktlarla dolu bu sui-qəsdi doğurdanmı Kaplan törətmiş idimi sualına illərdir cavab verilmir. Axı görmək məhdudiyyəti mənfi 20 olan bir qadın, zəif və çəlimsiz biri kütlənin içərisində necə yaxın məsafəyə gəlib sərrast atəş aça bilərdi?
30 avqust 1918-ci ildə Lenin Moskvanın cənubundakı Mixelson silah fabrikində çıxış edirdi. Lenin binadan çıxıb maşına minməzdən əvvəl Kaplan ona səslənir. Lenin ona tərəf dönəndə Kaplan “Browning” tapançası ilə üç dəfə atəş açır. Güllənin biri Leninin paltosuna tuş gəlir, digər ikisi isə yaralayır: biri boynundan keçərək ağciyərinin sol hissəsini dağıdır və sağ körpücük sümüyünün yanında dayanır. Digər güllə isə sol çiynini yaralayır. Bəzi məlumatlara görə, uşaqlar “Leninə güllə atdı!” deyə qışqıraraq onu saxlamağa kömək ediblər. Bəzi şahidlər xatırladılar ki, Kaplan həbs olunarkən: "Mən öz vəzifəmi yerinə yetirdim və cəsarətlə ayrılacağam".
Bu hadisənin tarixidir. Bəs Kaplan kim idi?
Görmə qabliyyətini həbsdə olanda itirib, möcüzə nəticəsində, mənfi 20 görüntü ilə yaşayan dəqiq və peşəkar qatillər kimi haradan vurmağı bilərdi bu çəlimsiz qadın? Bu arada sui-qəsddən sonra Leninə dəyən güllələrin Kaplanın əlində olan 1 nömrəli “Browning” tapançasına aid olmadığı haqda xəbərlər yayılıb. Lakin cinayət işinin materiallarında güllələrin məhz bu tapançadan atıldığına dair sübutlar əlavə edilir. Bu arada Lenin özü də əmin idi ki ona atəş açan kişi idi, qadın olmayıb. O, həbs edilir və dindirilmə zamanı bunu mənsub olduğu partiyanın fəaliyyətini qadağan edən Leninin “inqilab xaini” kimi qəbul etməsinə görə etdiyini deyir. Sui-qəsdçini 3 sentyabr 1918-ci ildə onu Kremldə məhkəməsiz güllələdilər. Cəsədi də elə oradaca – Kremldə bir çəllək içində yandırdılar. Bəzi məlumatlara görə elə diri-diri yandırıblar.
Ertəsi gün, 1918-ci il sentyabrın 4-də “İzvestiya” qəzetində yazı verilir:
“Dünən Çekanın əmri ilə Lenin yoldaşı güllələyən Kaplan adlı şəxs güllələnib”
Lakin onu şəxsən tanıyanlar Kaplanı ya Solovkidə, ya Sverdlovsk Mərkəzində, ya da Verxneuralsk həbsxanasında gördüklərini iddia edirlər. Şayiələr gəzirdi ki, Kaplan XX əsrin 30-cu illərində (digər mənbələrə görə - 50-ci illərdə) bir qız övladı dünyaya gəlib və ölüb. 2004-cü ildə “Faktlar” nəşri özünü Fanny Kaplanın bacısının nəvəsi adlandıran Ukrayna Rivne sakini Pyotr Vovchik ilə müsahibəni dərc edib. Yaşlı kişi qohumunun heç vaxt Leninə atəş açmadığını bildirib və deyir ki, Kaplan 1936-cı ildə azadlığa çıxan məhbus vasitəsilə onlara xəbər göndərib ki, “Mən sağam, sağlamam, günahım yoxdur. Mənim üçün dua edin”.
İllər keçdikcə müxtəlif versiyalar ortaya çıxmağa başladı. Lakin daha doğrusu olması ehtimal edilən isə Leninə qarşı sui-qəsdin Fanni Kaplana Leninin qardaşı Dmitri Ulyanov tərəfindən verildiyi, sui-qəsdin əsl səbəbini gizlədən Yakov Sverdlov olduğu, onun bacısının Kaplanla dost olması ortaya çıxır. Deyilənə görə Leninin qardaşı Dmitri onu öldürüb vəzifəyə Yakov Sverdlovu gətirmək istəyirdi. Kaplanı isə təsadüfən ora gətiriblər, güllə atan peşəkar qatil hadisəni törədir və Kaplan ona tapşırılan işin başqası tərəfindən icra edilməsini görüb qaçır, həbs edilir və etiraflardan sonra Leninin qardaşının göstərişi ilə başqa adla həbsə göndərilir.
Sui-qəsdə istifadə edilən “Browning” hadisə yerində tapılmır. “İzvestiya”da reklam verilməli olunur. Bundan sonra guya Kuznetsov soyadlı fəhlə küçədə tapança tapdığını deyərək onu təqdim edir. Məlum olur ki, guya bu həmin silahdır. Amma içində cəmi iki patron olub. 3 Leninə atılırsa, yerdə qalan 3 patron harda istifadə edilib deyə müəmma olaraq qalıb.