
Xruşşovun baş tutmayan “DineyLand” istəyi
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Tarixi faktlar və ideoloji əsaslar
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
Yaxud Yayın istisində qaynayan region
Bakıda sülh və sabitlik modeli axtarıılacaq
Əvvəlkilərdə pozuntu olmazsa, vətəndaşlara 1, 3 və 5 illik turist vizaları veriləcək
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
Terror təşkilatının silah buraxma prosesi dəqiqəbədəqiqə
Qardaş ölkə yeni bir tarixi mərhələyə girir
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
5 ulduzlu logo ilə bağlı araşdırma başladı, ciddi cəzalar ola bilər, “PUMA” müqaviləni xətm etdi
«The Conversation» saytı yazır ki, Osmanlı imperiyası rəsmən mövcudiyyətinə son qoyandan sonra Türkiyədə yaranmış yeni millətçi hərəkat yeni Türkiyə dövləti üçün yeni dostlar axtarırdı və bu vaxt onun ən həyati dostu Moskvadakı bolşevik hökuməti oldu.
Buna səbəb o idi ki, həm türk millətçilər, həm də rus bolşeviklər Qərbin imperialist qüvvələrinin hədəsi altında idilər. 1920-ci illər bolşeviklərin Qərb imperializminə qarşı ritorikasının kəllə-çarxda olan vaxtı idi və onlar Türkiyə vasitəsilə müsəlmanları da bu cəbhədə özlərinə birləşdiricəklərinə inanırdılar.
Bolşeviklər demək olar ki, hakimiyyətə gələndən dərhal sonra, 1917-ci ilin 7 dekabrında «Şərqin əzabkeş müsəlmanlarına müraciət» etmişdilər. Bu müraciətdə Rusiya müsəlmanlarına onların din və adətlərinin, milli və mədəni təsisatlarının toxunulmazlığı vəd edilirdi. Bundan başqa bu müraciətdə Şərqin müsəlmanlarına imperialist qarətçilərə və quldarlara qarşı üsyan çağırışı vardı.
Kominternin 1920-ci ildə keçirilmiş ikinci konqresində Lenin belə bir müddəa irəli sürmüşdü ki, inkişaf etmiş ölkələrin proletariatlarının köməyi ilə Asiya ölkələri kapitalizm mərhələsinə qədəm qoymadan birbaşa sosializmə, daha doğrusu sovet sisteminə keçid edə bilər.
Bolşeviklərin bu vədləri, habelə Moskva ilə antiimperialist türklər arasında dostluq perspektivləri 1920-ci illərdə Anadoluda bir sıra sol təmayüllü qruplaşmaların təşəkkül tapmasına təkan vermişdi. Bunlardan ən əhəmiyyətlisi Yaşıl Ordu Cəmiyyəti idi. Bundan başqa 1920-ci ildə hələ Birinci Dünya Müharibəsinin başlanğıcından Rusiyada olan Mustafa Sübhi və yoldaşları Türkiyə Kommunist Partiyasını təsis etmişdilər.
Sovet hökuməti və Türkiyənin yeni millətçi hökuməti Qərb güclərinə qarşı vahid cəbhədə müdafiə olunmaq məqsədilə 1921-ci ilin 16 martında Moskva müqaviləsi adlı sənədi imzalamışdılar. Bununla da Sovet-Türkiyə dostluğunun uzun bir yolu başlanmışdı. Bu iki ölkə 1925-ci ilin dekabrında hücum etməmək barədə qarşılıqlı pakta imza atmışdlar.
Lakin kommunist bir hökumət hər hansı başqa bir millətçi «burjua» hökuməti ilə sövdələşməyə girdikdə, həmin ölkədəki yerli kommunistlər üçün təhlükə riski qalır.
«The Conversation» yazır ki, Moskva bu dilemmada praktik baxımdan həmişə millətçi hökumətin tərəfini saxlayır və türk kommunistlərə qarşı mövqe tuturdu. Doğrudur Moskva dolayı yollarla Türkiyə kommunistlərini maliyyələşdirirdi, amma strateji məqsədlərlə yeri gələndə onlara arxa çevirəcəyi aydın idi.
***
1920-ci ilin sentyabrında, Türkiyə Kommunist Partiyasını təsis etdikdən az sonra Mustafa Sübhi və partiyanın başqa liderləri fəaliyyət mərkəzlərini birbaşa Türkiyəyə keçirmək qərarına gəlmişdilər.
Türkiyə Kommunist Partiyasının birinci qurultayı 10 sentyabr 1920-ci ildə Bakıda keçirilmiş, Mustafa Sübhi partiyanın sədri seçilmişdi. O və 15 yoldaşı Türkiyənin müstəqillik müharibəsində iştirak etmək üçün vətənə yollanmışdılar.
Lakin Ərzrumda düşmənçiliklə üzləşən kommunistlər Bakıya qayıtmaq qərarına gəlmişdilər. Bəzi tarixi məlumatlara görə onların Trabzondan çıxan gəmisini Dənizçi Yəhya deyilən bir komandirin adamları dənizdə yaxalamışdılar. Bu hadisə 1921-ci ilin 28 yanvarında baş vermişdi. Kommunistlərin gəmisindən heç kim sağ çıxmamışdı.
Bəzi məlumatlarda Sübhinin və yoldaşlarının qətlində ənvərçilərin əlinin ola biləcəyi də bildirilir. Guya Ənvərin adamları Sübhinin Moskva bolşeviklərinin dəstəyi ilə Türkiyədə hakimiyyəti ələ ala biləcəklərindən narahat olmuşdular.
Əldə olan sənədlər bu qətldə Ankaranın millətçi hökumətinin əhəmiyyətli iştirakını sübut edir. Bolşevik hökuməti türk kommunistlərin ümidlərini heç vaxt bölüşməmişdi. Türk kommunistlərin başına gələnlər barədə xəbər Moskvaya yetişəndə isə Sovet siyasi bürosu sovet kommunistlərinə «sol təmayüllü macəraçı hərəkətlərin təhlükəsi» barədə xəbərdarlıq məktubu göndərmişdi.
Ankara və Moskva hökumətləri bu insidenti dərhal bir kənara qoymuşdular. Onların dostluğunun, qətlə yetirilmiş türk kommunistlərin qanına bulaşsa da, qüvvəsində qalması bolşevik Rusiyasının «yaxın şərq» siyasətinin nə olduğu barədə az da olsa təsəvvür yaradır.
Moskva hökuməti daimi bir dilemma qarşısında idi: Xaricdəki qeyri-kommunist milli-azadlıq hərəkatlarını və yerli kommunist qruplaşmalarını eyni vaxtda dəstəkləmək mümkündürmü?
Rusiya bu dilemmanın həllində ideologiyanı strateji praqmatizmə qurban verməyə həmişə hazır idi.
Atatürkün Türkiyəsində kommunistlərə açıq divan tutulduğu vaxtlarda bütün dünya kommunistləri bu hərəkətə qarşı etiraz bildirirdilər.
Lakin buna baxmayaraq Moskva və Ankara arasında dostluq Soyuq Müharibəyədək davam edəcəkdi.