Mirzoyevin ilk səfəri...
Özbəkistan prezidentinin Qazaxıstana gedəcəyi təsdiqlənsə də, görüşəcəyi ilk prezident Berdiməhəmmədov olacaq
AZƏR, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
“Məqsədimiz muğamları müasir yanaşma ilə təbliğ etməkdir”
Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Külündən doğan “Simurq”
“Şərq təranələri”nin Qran-prisi üçüncü dəfə Azərbaycana qismət oldu
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
Özbək kinosuna üçgünlük baxış
Aktual, düşündürücü, vacib mövzular ...
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Onlarda da gəlin “süpürgə” olmadı...
Özbək teatrının Bakıda nümayiş olunan “Qayınana”sı maraqla qarşılandı
-
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı məmnunluq doğurur
Birgə Hökumətlərarası Komissiya Bakıda toplanıb
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Özbəkistan prezidenti Şövkət Mirzoyevin ilk rəsmi səfərinin hansı ölkəyə edəcəyi barədə uzun müddət idi ki, müzakirələr gedirdi. Əksəriyyət hesab edir ki, ilk rəsmi dövlət səfərinin hansı ölkəyə baş tutması o anlama gələcək ki, yeni rəhbərlik prioriteti məhz həmin ölkə ilə münasibətlərə yönəldəcək. Artıq mətbuat öz mənbələrinə istinadən prezidentin ilk rəsmi dövlət səfərinin hansı ölkəyə reallaşacağını yazıb. Rusiya nəşrlərinin yaydığı xəbərə görə, Ş.Mirzoyev ilk rəsmi dövlət səfərini 2017-ci ilin birinci yarısında Qazaxıstana edəcək. Lakin bununla yanaşı, bir sıra mənbələrdən «Nezavisimaya qazeta»ya daxil olan məlumata görə, yaxın günlərdə onun türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədovla Türkmənabadda işgüzar dostluq görüşü baş tutacaq. Özbəkistan prezidenti türkmən həmkarını prezident seçkilərində təbrik etməklə yanaşı, İslam Kərimovun abidəsinin açılış mərasimində iştirak edəcək.
Nəşrlər yazır ki, Özbəkistan prezidentinin ilk rəsmi səfərini hansı ölkəyə edəcəyi postsovet məkanında ən intriqalı məsələ kimi diqqət mərkəzində idi. Daşkənddəki Qazaxıstan səfirliyindən podrobno.uz saytına verilən xəbərə görə, Şövkət Mirzoyevi Astanada gözləyirlər. Qazaxıstan prezidenti Nursultan Nazarbayev özbək həmkarını şəxsən ölkəsinə dəvət edib. Analoji dəvəti Rusiya prezidenti Vladimir Putin, Belarus və Çin liderləri - Aleksandr Lukaşenko və Tsi Tzinpin də edib.
Özbəkistan prezidentinin dost səfərini ilk olaraq Türkmənistana etməsinin səbəbləri də var. Qeyd edilib ki, bunun üçün əsas da var - Qurbanqulu Berdıməhəmmədovu təbrik etməklə yanaşı, Amudərya çayı üzərindən dəmir və avtomobil yollarının istismara verilməsi nəzərdə tutulub. Bu yollar vasitəsilə Özbəkistan-Türkmənistan-İran-Oman nəqliyyat dəhlizi yaradılır. Bundan əlavə, Özbəkistanın Fars körfəzi limanlarına çıxış imkanı yaranır. Bu nəqliyyat dəhlizi bərpa edilən Böyük İpək yolunun bir hissəsi hesab edilir. Və tək Türkmənistan üçün deyil, həm də Özbəkistan üçün beynəlxalq yükdaşımalar baxımından strateji önəm kəsb edir. İqtisadçı Bəxtiyar Erqaşev bildirir ki, bu, özbək-türkmən əməkdaşlığının əsas istiqamətlərindən biridir: «Bir neçə il bundan əvvəl başlayan bu layihənin reallaşması Xəzər, Qafqaz və Qara dənizin limanlarına çıxış, eləcədə həmin istiqamətdə nəqliyyat axının artırılması üçün ciddi köməkdir. Geriyə istiqamətdə isə Türkmənistan, Özbəkistan və Çinə yüklərin daşınması üçün mühüm nəqliyyat dəhlizidir». Ekspert xatırladıb ki, Daşkənd və Aşqabadın mövqelərinin yaxınlaşması ilə bağlı sistemli işlər 2007-ci ildə - Türkmənbaşı Saparmurad Niyazovun ölümündən sonra başlayıb. «Son bir neçə ildə Özbəkistan Türkmənistan üçün ən əhəmiyyətli tərəfdaşa çevrilib. Hətta iki ölkə prezidentləri - Berdıməhəmmədov və Kərimovun son 3-4 ildə görüşlərinin dinamikliyi hamını heyrətə gətirirdi. Berdıməhəmmədov heç kimlə bu qədər çox görüşmürdü», - deyə Erqaşev bildirib. Onun qənaətinə görə, bunun əsas səbəbi iki ölkənin ümumi maraqlarının olmasındadır. Bu maraqlar tək enerji layihələrini deyil, nəqliyyat layihələrini də əhatə edir. Belə ki, Özbəkistan ərazisindən Türkmənistan-Çin qaz xəttinin üç qanadı keçir.
O ki, qaldı Qazaxıstana ediləcək rəsmi dövlət səfərinə - təsdiqlənmiş məlumata görə, səfər Novruz bayramından sona baş tutacaq. Sonra isə Moskva və Pekinə səfər ediləcək. B.Erqaşevin fikrincə, Astanaya səfər hazırlıq mərhələsindədir. «İki ölkə liderlərinin danışıqlarında Qazaxıstan ərazisində M-39 nəqliyyat dəhlizi ilə yük və sərnişin daşınmaları ilə bağlı razılaşma olacaq. Bu yol 2006-cı ildə bağlanıb. Özbək maşınları Səmərqənddən Qazaxıstana getmək üçün əlavə 100 km. qət etməli olurlar», - deyə iqtisadçı bildirib. Bir sıra digər həllini tapmayan problemlər də var və iki ölkənin «yol xəritəsin»də öz əksini tapıb. Qazaxıstanın bu ölkədəki səfiri Erik Utembayev bildirib ki, M-39 yolunda işlər bu ayın sonunda başa çatmalıdır.
«Daşkənd üçün yaxın qonşularla münasibətləri intensivləşdirmək çox vacibdir. Regionun heç bir dövləti ayrı-ayrılıqda problemlərin öhdəsindən gəlmək iqtidarında deyil. Mərkəzi Asiyanın tarixi reallıqları belədir. Bu, su resursları, sərhədlər, hətta Əfqanıstandakı mövcud durumdur. İnfrastruktur layihələrinin həllindən isə bütün regionun gələcəyi asılıdır. Məsələn, Özbəkistan üçün bu, Fars körfəzi və Pakistanın dəniz limanlarına çıxış deməkdir», - deyə Özbəkistan Senatı sədrinin müavini Sadık Safayev bildirib. Ekspertlər hesab edirlər ki, Astana ilə regional sistemdə münasibətlər Daşkənd üçün mühüm əhəmiyyət kəsb edir. Vaxtilə iki ölkənin regional liderlik uğrunda mübarizə apardıqları gündəmdə idi. Lakin əslində belə deyildi. Hər iki dövlət buna heç can da atmırdı. Lakin iki ölkə səylərini birləşdirməklə regionda söz sahibinə çevrilə bilərlər.