vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
KİNO-TEATR  
09:21 | 14 dekabr 2022 | Çərşənbə Məqaləyə 6970 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Bakıda Qazaxıstan filmləri nümayiş olunub

İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...

Lalə AZƏRİ

MÖVZU İLƏ ƏLAQƏLİ

14.12.22 - İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ......

“Kenje kız” cizgi filminin rejissoru İvan Ardaşov çox həyəcanlı olduğunu söyləyib: “Filmimi izləmək məndə qarışıq hisslər yaradır. Çünki böyük ekranda öz işimə baxıram. Zalda çoxlu uşaqların olması məni daha da həyəcanlandırır. Filmin ideyası üzərində 4 ay işlədik. Ekran işi bir ilə başa gəldi. Başqa bir ölkədə öz işini təqdim etmək istənilən halda həyəcanvericidir. Layihənin prodüseri Aybike Rahimjanova, ssenari müəllifləri Sergey Derkaç və Dinara Dildabekovadır. Bizim üçün əsas odur ki, hər şeydən əvvəl özümüzün görmək istədiyimiz əyləncəli və sadə bir film çəkək. Nəticə uğurlu oldu. Bakı bu lenti nümayiş etdirdiyimiz ikinci şəhərdir. Tamaşaçı rəyi mənim üçün çox önəmlidir və Bakıya ilk gəlişimdən çox məmnunam. Əsasən cizgi filmləri çəkirəm. Azərbaycan cizgi filmləri haqqında məlumatsızam. Bakıda keçirilən ANİMAFİLM beynəlxalq festivalında iştirak etməyi planlaşdırıram”.

Dekabrın 11-də isə “Alğa” bədii filmi nümayiş olunub. Atasının ölümündən sonra quldurluq yolu ilə pul qazanmağa başlayan iki qardaşın hekayəsindən bəhs edən film diqqətçəkən mövzudadır. Qardaşları istedadlı gəncləri seçmək üçün şəhərdən kəndə gələn atletika məşqçisi görür. Çətin sınaqlar qardaşların üzərinə düşür. Faciəli bir hadisə onların həyatını dəyişir. Qardaşlardan biri indi marafonda dünya çempionunu məğlub etməlidir...

Yernar Nurqaliyevin quruluşunda lentə alınan filmdə çəkilən aktyorlardan yalnız kiçik qardaş rolunu oynayan Yerbol Semkulov da Bakıya gəlib. O deyir: “Bu film insanın hər zaman səhvlərini düzəltmək imkanının olmasından bəhs edir. Ekran əsəri İspaniyada keçirilən kinofestivalda uğurla təqdim olunub”. Aktyor yeddi ildir ki, kino sahəsində çalışır. O, bir çox qazax filmlərində (“Qadağan edilmiş rəqslər”, “Bölünməz”, “Yay gəlir” və s.) rol alıb.

Qeyd edək ki, hər iki film ingilis dilində subtitrlərlə rus dilində təqdim edilib.