vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
17:58 | 1 aprel 2017 | Şənbə Məqaləyə 2502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ohanyan həbs oluna bilər

Ermənistan ordusundakı kütləvi yanacaq oğurluğu etiraf olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin həbs edilən zabitləri xeyli miqdarda yanacağı oğurladıqlarını təsdiqləyiblər. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, hərbi hissə komandiri polkovnik-leytenant Mxitar Aleksanyan və digər saxlanılanlar 1 milyon dram dəyərində yanacağı qeyri-qanuni yollarda hərbi hissədən çıxarıb satdıqlarını etiraf ediblər. Məlumata görə, saxlanılan 5 nəfər bundan əvvəl irəli sürülən ittihamları qəbul etmirmiş, ancaq bu gün günahlarını etiraf ediblər.

Qeyd edək ki, işğalçı ölkədəki hərbi hissələrin birinin komandiri anbar rəisi, gizir Aşot Yayololyan və digərləri ilə əlbir olaraq 3840 litr (1mln.259 min dram dəyərində) yanacağı mənimsəyiblər. Onlar hər dəfə 450-500 litr yanacağı Gümrüdəki yanacaq stansiyasına gətirib satdırıblar. Hissə komandirinin cinayətinə Rudik Karapetyan və Lernik Vardanyan da yardım edib.

Bir məqamı qeyd edək ki, Ermənistan hökuməti hazırda müxalifətdə olan və seçki mübarizəsinə girişmiş sabiq müdafiə naziri Seyran Ohanyanı yanacağın mənimsənilməsinə görə ittiham etsə də, qarşı tərəf bunu təkzib edirdi. Baş nazir Karen Karapetyan iddia etmişdi ki, aprel müharibəsində tanklara tökməyə yanacaq tapılmayıb. İttihamların etiraf olunması isə Ohanyana qarşı cinayət işi açıla biləcəyi ehtimalını ciddiləşdirir. Bu, hələ bir hərbi hissədəki oğurluq faktıdır və hazırda aparılan araşdırmalar sözsüz ki, əlavə cinayətləri üzə çıxaracaq. Bir müddət əvvəl sabiq müdafiə naziri həbs təhlükəsi barədə sualın cavabında «Ermənistanda hər şüy mümkündür» demişdi. Belə çıxır seçkidən sonra Serj Sərkisyanın bir çox arzuolunmaz rəqibləri kimi, Ohanyanı da cəza gözləyir.