
Aşot olmaq faciəsi...
... Yaxud erməni amansızlıqlarının, barbarlıqlarının bir anı
... Yaxud erməni amansızlıqlarının, barbarlıqlarının bir anı
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Pashinyan imicə yatırım edib, reallıqdan qaçmaqda ittiham edilir
Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
Rejimin səlahiyyətliləri ucdantutma türk düşmənləridir
Nikol öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir...
Yaxud Zatulinin saxtakar ampluası
Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
.. Yaxud, dəhşətli videogörüntülər Bakıda mühakimə olunanları niyə qorxuya salıb?
... Yaxud müqəddəs gündə quduzlaşan “din xadimləri”
Və yaxud, Paşinyan niyə Parisin yox, məhz Bakının verdiyi “yol xəritəsi” əsasında hərəkət etməlidir?
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
Ermənistan referendumu 2026-da keçirəcək
Fürsətdən maksimum yararlanmalıyıq
Ermənistan parlamentinin üzvləri – Robert Köçəryanın lideri olduğu müxalif “Ermənistan” blokunun deputatları Qarabağa buraxılmayıb. Seyran Ohanyanın rəhbərlik etdiyi deputat qrupu sülhməramlılar tərəfindən Laçının girişində saxlanılıb. Azərbaycan tərəfi ilə əlaqə yaratdıqdan sonra gələnlərin geri qaytarıldığı haqda məlumatlar var.
Ohanyan Ermənistan parlamentinin tribunasına separatçı-terrorçuların qondarma “əski parçası”nı taxaraq, iclası tərk etmiş, dəstəsi ilə Qarabağa yola düşmüşdü. Paşinyanın komandasının deputatları Ohanyana etiraz edərək, “əski parçası”nı tribunadan götürdülər. İrəvanda yaşanan bu qalmaqaldan sonra Ohanyanın rəhbərlik etdiyi deputat qrupunun Qarabağa buraxılmamasına görə “Ermənistan” bloku Paşinyanı Əliyevlə “əməkdaşlıq”da ittiham edir.
Köçəryanın dəstəsinin Qarabağa buraxılmaması Paşinyanın marağında ola bilər:
- Brüssel görüşü və sonrasında müxalifətin “Qarabağ kartı”ndan hakimiyyətə qarşı istifadə etməsi daha intensiv hal alıb:
- Ermənistanın müxtəlif yerlərində qondarma “əski parçası”nı asmaq kampaniyası da bu prosesin tərkib hissəsidir;
- Azərbaycanla sülh sazişinə qarşı çıxan “Qarabağ klanı”nın qalıqları Paşinyana üçün ciddi “baş ağrısına” çevrilib.
Bu qrupun Azərbaycan ərazisinə buraxılmaması onların “Qarabağ kartı”ndan istifadə imkanlarını, xüsusilə Xankəndidəki separatçı “müxalif deputatlar”la birləşərək, təxribat fəaliyyətini, eləcə də baş separatçı Araik Arutyunyanın Paşinyana qarşı “alternativ” əldə etmək şəraitini məhdudlaşdırır. Daşnakların səfərində məqsəd də Qarabağın “müstəqillik” iddialarına dəstək tədbirinin təşkil edilməsi olub. Hərçənd, Ermənistan XİN deputatların qarşısının alınması ilə bağlı narahatlığını dilə gətirməsi rəsmi İrəvanın müxalifətin iddialarını təkzib etməsi deməkdir.
Azərbaycan isə Köçəryanın dəstəsinin Qarabağa girişinə qadağa qoymaqla bir neçə gediş edir:
1. Ermənistanda “Qarabağ kartı”ndan istifadə edilməsi imkanını azaldır;
2. Ermənistan hakimiyyətinə qarşı müxalifətin rıçaqlarını zəiflədir: bu, Brüsseldə Əliyevlə razılaşan Paşinyanın önünü açır, digər tərəfdən, erməni müxalifətinin hakimiyyətə qarşı ittihamlarını gücləndirir və bu gedişlə Bakı İrəvanın siyasi gündəminə təsir edir;
3. Qarabağdakı separatçı-terrorçuların “müstəqillik” iddialarına dəstəyin çevrəsini daraldır;
Burada əsas diqqət çəkən məqamlardan biri də sülhməramlıların Azərbaycanın istəyini yerinə yetirməsidir: mümkündür ki, Qarabağdakı son proseslərdə Bakının prinsipial mövqe sərgiləməsindən sonra sülhməramlı kontingentin rəhbərliyi – Rusiya tərəfi əlavə qarşıdurmanın yaranmasını istəmirlər.
Erməni deputatların geri qaytarılması bütün hallarda Qarabağda Bakının mövqeyini gücləndirən məqamdır.