vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
18:37 | 13 aprel 2017 | Cümə axşamı Məqaləyə 2043 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Göz yummayacağıq»

Aİ səfiri Ermənistandakı «səsvermə korrupsiyası» haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) narahat edir. Aİ-nin Ermənistandakı səfiri Petr Svitalskinin bu açıqlaması işğalçı ölkədə böyük əks-səda doğurub.

Ermənistanda siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan Petr Svitalski deyib: «Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu, bizi narahat edir. Ona görə, bunu səsvermə korrupsiyası adlandırırıq. Seçkidə alış-veriş yolverilməzdir. Beynəlxalq müşahidəçilər də bizimlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, belə hallar seçki prosesinə kölgə salır. Mən obyektiv olacağam, bu cür neqativ hadisələrə göz yummayacağıq».

Səfir seçki prosesindəki texniki çatışmazlıqlardan da danışaraq bildirib ki, məhz bu hallar saxtakarlığa münbit şərait yaradıb. Seçki məntəqələrinin böyük hissəsində müşahidə kameraları işləməyib. Halbuki Avropa İttifaqı baş verə biləcək texniki problemlərin aradan qaldırılması üçün Ermənistana 7 milyon avro yardım edib.

Səfirin bu açıqlaması Ermənistan mətbuatında əks-səda yaradıb. Avropa İttifaqının ölkədəki seçki prosesinə münasibəti xüsusən də müxalif qüvvələri ruhlandırıb. Çünki seçkiyə sülh mesajı ilə qoşulan blokların heç biri parlamentə buraxılmayıb.

Ermənistan Milli Konqresinin sədri, sabiq prezident Levon Ter-Petrosyan bildirib ki, bundan sonra ölkədə hər hansı ciddi ictimai-siyasi dəyişiklik gözləməyə dəyməz. Sarkisyanın qüvvələri hiylə yolu ilə hakimiyyətdə qaldı. Sabiq prezident onu da deyib ki, ölkə əhalisi kriminal avtoritetlərin əlində girova çevrilib.(AzərTAc)