
35 ildən sonra ilk dəfə
Avropanın mərkəzində müharibə qorxusu
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Bu ilin fəxri qonağı Filippinlərdir
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Avropa Birliyi (AB) Komissiyasının sözçüsü Anitta Hipper, Şengen bölgəsindəki AB-yə üzv ölkələrin yalnız müstəsna hallarda daxili sərhəd nəzarətini həyata keçirə biləcəklərini və bu istiqamətdə qərar verən Almaniya hökuməti ilə əlaqə saxladıqlarını bildirib.
Hipper gündəlik mətbuat konfransında Almaniyanın 6 ay ərzində quru sərhədlərində nəzarət tətbiq edəcəyini açıqlaması ilə bağlı sualları cavablandırıb. Almaniya Daxili İşlər Nazirliyindən bununla bağlı bildirişin alındığını təsdiqləyən Hipper, “Şengen sərhəd qaydalarına əsasən, üzv dövlətlər ictimai siyasətə ciddi təhlükə ilə mübarizə aparmaq üçün zəruri və mütənasib olaraq daxili sərhəd nəzarətini yenidən tətbiq edə bilərlər. Komissiya Alman səlahiyyətliləri ilə və bundan başqa daxili sərhəd nəzarəti tətbiq edən digər üzv dövlətlərlə sıx əməkdaşlıq edən Şengen səlahiyyətliləri ilə əlaqə saxlayır”, – dedi.
Jurnalistlərin “Almaniyaya Şengendaxili sərhəd nəzarətinin müstəsna hallarda tətbiq oluna biləcəyi xatırladılıbmı, yoxsa bu siyasi bir qərardır” sualına Hipper yalnız Berlin rəhbərliyinin bu qərarı verməsinin səbəbinin təhlil edildiyini və başqa şərhin mümkün olmadığını bildirib.
Macarıstanın “mühacirləri Brüsselə tək tərəfli biletlə göndərməsi” ritorikası gündəmə gətiriləndə Hipper, “Bu, digər üzv dövlətlər və AB qurumları ilə sadiq əməkdaşlıq prinsipinə ziddir və qəbuledilməzdir”, – demişdi.
Almaniyanın Federal Daxili İşlər Naziri Nensi Fazer dünən (sentyabrın 9-da) bəyan edib ki, qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq və daxili təhlükəsizliyi qorumaq üçün ölkənin quru sərhədlərində müvəqqəti daxili sərhəd nəzarəti başlayacaq. Həmin gün Macarıstanın dövlət katibi Kendi Retvari AB-nin ölkəsini qeyri-qanuni mühacirləri qəbul etməyə məcbur etdiyini iddia edərək, immiqrantları birtərəfli biletlə Brüsselə göndərəcəklərini bildirib.