Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
21:17 | 10 sentyabr 2024 | Çərşənbə axşamı
Məqaləyə 588 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynadakı müharibədə 11 min 700 mülki vətəndaşın öldüyünü açıqlayıb. Ekvador və Fransanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynada mülki əhaliyə və mülki infrastrukturlara hücumları ilə bağlı sessiya keçirilib.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya burada üzv ölkələri məlumatlandıraraq, Ukraynada vəziyyətin getdikcə pisləşdiyini diqqətə çatdırıb.
***
Msuya, ölənlərin sayının artdığını və insanların əzabının “dözülməz həddə” çatdığını, indiyədək 11 min 700 dinc sakinin həyatını itirdiyini, 24 min 600 mülki vətəndaşın isə yaralandığını bildirib.
Ukraynada 10 milyon insanın məcburi köçkünə çevrildiyinə diqqət çəkən Msuya, 26 avqustdan bu yana Ukraynanın hər yerində genişmiqyaslı hücumların davam etdiyini, Ukrayna-Rusiya sərhədindəki qarşıdurmanın yeni bölgələrə sıçradığını və bu vəziyyətdən dərin narahat olduqlarını bildirib.
Msuya bəyan edib ki, Ukraynanın Kursk vilayətində aparılan hərbi əməliyyatlar nəticəsində 130 min insan didərgin düşüb. Burada da mülki şəxslərə və infrastrukturlara hücumlar olduğuna diqqət çəkən Msuya, “Bütün tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxsləri və əmlakı qorumalıdır”, – deyib.
***
Msuya bildirib ki, hərbi fəaliyyətlərin artması humanitar əməliyyatları gərginləşdirir və işçiləri təhlükə altına alır.
Bu il Ukrayna üçün açıqlanan humanitar yardım fonduna 1,4 milyard dollar yatırıldığını bildirən Msuya, bunun qeyri-kafi olduğunu və Ukrayna daxilində 14,6 milyon insanın yardıma ehtiyacı olduğunu bildirib.
Msuya BMT Baş Assambleyasının 79-cu sessiyasına hazırlaşan üzv dövlətlərin liderlərini Ukraynada müharibəyə son qoymaq üçün bütün imkanlardan istifadə etməyə çağırıb.