vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
19:04 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 1318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3500 il yaşı olan mumiyalar aşkar olunub

Arxeoloqlar tabutlardakı taxtaların qorunub saxlanmasına təəccübləniblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Misirin Luksor şəhəri yaxınlığındakı Dra-Abul-əl-Naqa sərdabədə minlərlə cənazə heykəlilə əhatə olunmuş parlaq boyalı taxta tabutlarda 6 mumiya aşkar edilib. Misirin Qədim abidələr və mədəni irs nazirliyinin məlumatına görə, aşkar edilən mumiyaların 3500 yaşı var.

Beləliklə, tapıntıları eramızdan əvvəl 1550-1069-cu illər arasında mövcud olan Yeni Şahlıq dövrünə aid edilir.

Luksor Qədim abidələr nazirliyinin yerli bürosunun direktoru Mustafa Vəziri jurnalistlərə açıqlamasında deyib ki, XVIII dövr sülalərinin məhşur Hökmdarlar Vadisində dəfn olunması barədə ötən əsrin əvvəlində məlumatlar olsa da, bu vaxt ərzində arxeoloqlar məbədə giriş tapa bilməyiblər.

Qədim abidələr və mədəni irs nazirliyinin rəhbəri Xalid Enani yaxşı qorunub saxlanılan tabutların əhəmiyyətli olduğunu bildirib.

Arxeoloqlar aşkar edilən mumiyaların başlanğıc olduğunu qeyd ediblər.

Onlar daha içəri otaqda XXI sülaləsinə aid qəbirlərin aşkar edildiyini söyləyiblər.

Daha sonra mütəxəssislər mumiyalanmış insanların ölüm səbəblərini, onların məxsus olduğu qəbiləni və həyat şəraitini müəyyən etmək niyyətindədirlər.

Misirin Luksor şəhəri yaxınlığında yerləşən Hökmdarlar Vadisi məbədi 1979-cu ildə UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul edilib.