
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
Ağ Ev qlobal enerji, neft və təbii qaz tədarüklərinə diqqət yetirmək üçün prezident Co Baydenin Körfəz ölkələrinə səfərini planlaşdırır. Bu barədə “Associated Press” agentliyinə adının anonim qalması şərtilə prezidentin səfərinin hazırlanmasında iştirak edən Bayden administrasiyasının rəsmisi məlumat verib.
Co Baydenin Körfəz Əməkdaşlıq Şurası ölkələri, həmçinin Misir, İordaniya və İraq liderləri ilə görüşü gözlənilir. Şuraya Yəmən istisna olmaqla, Ərəbistan yarımadasının bütün ölkələri daxildir.
“Associated Press” qeyd edir ki, Amerika liderinin səfəri zamanı həssas məqam onun Co Baydenin keçmişdə kəskin tənqid etdiyi dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə gözlənilən görüşü ola bilər.
Siyasi analitiklərin fikrincə, ABŞ və digər Qərb ölkələrinin Rusiya neft və qazından planlı şəkildə imtina edilməsi nəticəsində yaranan enerji mənbələrinə artan marağı Ağ Evi öz mövqeyini yenidən nəzərdən keçirməyə vadar edir.
Bununla belə, prezident Baydenin Səudiyyə Ərəbistanının de fakto hökmdarı hesab edilən şahzadə bin Salmanla planlaşdırılan görüşünün hazırda yanacaq qiymətlərinin yüksək olduğu ABŞ-da enerji vəziyyəti üçün faydalı nəticələrə gətirib çıxara biləcəyi ehtimal edilir.