Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:55 | 6 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 231 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
İranla müttəfiq husi milislərinin İsrailin Ben Qurion hava limanı yaxınlığında raketlər atmasından sonra İsrail ordusu dünən Yəmənin Hudeyda limanına hava hücumu həyata keçirib.
Ordunun verdiyi açıqlamada Hudeyda və ətrafındakı Husi terrorçularına məxsus hədəflərin vurduğunu bildirib. “Hücumlar Husi terror rejiminin İsrail dövlətinə təkrar hücumlarına, o cümlədən İsrail ərazisi və vətəndaşlarına qarşı “yer-yer” raketləri və pilotsuz təyyarələr atmasına cavab olaraq həyata keçirilib”.
İsrail ordusu Yəmənə qarşı hücumlarda 20-yə yaxın döyüş təyyarəsinin iştirak etdiyini və Husilərin hədəflərinə 50 bomba atıldığını bildirib.
Beş yerli sakinin “Reuters” agentliyinə verdiyi məlumata görə, 10-dan çox hücum Hudeyda limanını və şəhərinin Əl-Salahana və Əl-Havak məhəllələrini hədəf alıb. Hudeydanın şərqində yerləşən sement zavoduna da dörd hücum həyata keçirilib.
Hudeyda Qırmızı dənizdə Ədəndən sonra ikinci ən böyük limandır və Yəmənin ərzaq idxalının təxminən 80 faizi oradan gəlir.
İsrailin “Ynet” xəbər saytının təhlükəsizlik rəsmisinə istinadən verdiyi məlumata görə, İsrail təyyarələrinin ABŞ-la koordinasiya edilmiş “geniş miqyaslı” hücumda Hudeyda limanını və silah istehsal müəssisələrini məhv etdiyini bildirib. Şəxsiyyəti açıqlanmayan rəsmi hücumda hədəf alınan nöqtələrə 50 bomba atıldığını bildirib.
Yəməndəki husilərə bağlı bir televiziya kanalı ABŞ və İsrailin Yəmənin Hudeydə limanına altı hücum təşkil etdiyini bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü baş verən raket hücumuna cavab veriləcəyini demişdi. Bu, mart ayından bəri İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçən silsilə hücumların ilkidir.
Hücum ABŞ təyyarələrinin Əl-Cəvf vilayətinin Əl-Həzm rayonuna hücumundan 7 saat sonra baş verib. Hücumlar nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.
İsrailin “The Jerusalem Post” qəzeti mənbəyə istinadən yazıb ki, Təhlükəsizlik Kabineti Husilərin Ben Qurion hava limanını bombalamasına uyğun vaxt və yerdə cavab vermək qərarına gəlib.
ABŞ Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirir. Yəmən təşkilatı əməliyyatda onlarla insanın öldüyünü və yaralandığını bildirir.