vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
16:01 | 24 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 46 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT Baş Assambleyasının iclası başlayıb

Dünya liderlərini bir araya gəlib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edir.

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin liderlərini və yüksək səviyyəli nümayəndələrini Nyu-Yorkda bir həftə ərzində bir araya gətirən BMT Baş Assambleyasının 79-cu sessiyası öz işinə başlayıb.

BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Kamerunlu Filemon Yonqun sədrliyi ilə keçirilən sessiya BMT-nin Baş katibi Antonio Quterreşin çıxışı ilə açılıb.

BMT-nin sözçüsü bildirib ki, bu il sentyabrın 24-30-da keçiriləcək BMT Baş Assambleyasının 79-cu iclasında 76 dövlət başçısı, 4 şahzadə, 2 hökumət başçısı, 42 baş nazirin müavini, 9 nazir, 54 nazir müavini və Aİ nümayəndə heyəti iştirak edəcək. Digər tərəfdən, iştirakçılardan yalnız 19-nun qadın olması diqqət çəkib.