vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9635 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2293 AZN
Türk lirəsi 1 TRY = 0.2890 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
19:06 | 24 iyun 2018 | Bazar Məqaləyə 619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“G” qrupunda qol yağışı

Panama millisi dünya çempionatının qrup mərhələsi tarixində ilk qolunu vurdu

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının on birinci günündə “G” qrupunda yer alan İngiltərə və Panama milliləri üz-üzə gəliblər.

“Nijniy Novqorod Arena”da keçirilən görüşdə hesabı İngiltərə millisi açıb. Kiran Trepyerin künc zərbəsini Con Stounz dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qarşılaşmanın 22-ci dəqiqəsində Panama millisinin müdafiəçiləri cərimə meydançasında Cesi Linqarda qarşı kobud oynayıblar. Hakim panamalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Hari Keyn fürsəti əldən verməyib – 2:0. Matçın 36-cı dəqiqəsində ingilislərin heyətində ən gənc oyunçularından olan Cesi Linqard uzaq məsafədən baxımlı qola imza atıb – 3:0.

İngiltərə yığması 40-cı dəqiqədə rəqib komandanı bir daha meydanın mərkəzinə dəvət edib. Con Stounz dublunu rəsmiləşdirib – 4:0.

Birinci hissəyə əlavə olunmuş birinci dəqiqədə misirli hakim Qrişa Gehad yenidən Panama millisinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Komandanın kapitanı Hari Keyn özünün ikinci, yığmasının beşinci qolunu vurub – 5:0.

Beləliklə, komandalar fasiləyə İngiltərə millisinin böyük üstünlüyü ilə yolanıblar.

Qarşılaşmanın ikinci hissəsində İngiltərə yığması yenidən fərqlənib. 62-ci dəqiqədə Hari Keyn adını bir daha tabloya yazdırıb – 6:0. Bu Keynin dünya çempionatında vurduğu beşinci qol olub. Mundialın iki turundan sonra Kriştiano Ronaldo və Romelu Lukakunu aktivlərində dörd qol var.

Oyunun 77-ci dəqiqəsində panamalılar qollardan birinin əvəzin çıxıb. Felip Baloy Panama millisinin təsəlli qolun vurub – 6:1. Bu oyunun sonuncu, Panamanın DÇ tarixində ilk  qolu olub.

Beləliklə, İngiltərə millisi Panama yığmasın 6:1 hesabı ilə məğlub edib.

Bu görüşdən sonra “G” qrupunun ikinci turuna yekun vurulub. İki turdan sonra turnir cədvəlinə Belçika və İngiltərə yığmaları başçılıq edir, aktivlərində xal olmayan Panama və Tunis komandaları üçüncü və dördüncü yerləri bölüşürlər.

Mundialın “G” qrupunun üçüncü turuna iyunun 28-də start veriləcək. Həmin görüşlərdə Belçika İngiltərə, Tunis isə Panama yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Onu da xatırladaq ki, günün ikinci görüşü “Yekaterinburq Arena”da keçiriləcək. Yaponiya və Seneqal yığmaları üz-üzə gələcəklər.

Günün son qarşılaşması isə saat 22:00-da “Kazan Arena”da Polşa və Seneqal milliləri arasında keçiriləcək. İdman həvəskarları hər iki qarşılaşmanı İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *