
“Snapback”in müəllifi kimdir?
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
İranın dini lideri Əli Xameneyi iyulun 16-da müxtəlif şəhərlərin imam cümələri ilə görüşdə çıxış edərək, İranın neft daşıyan gəmisinin Britaniya Dəniz Qüvvələri tərəfindən saxlanılmasına münasibət bildirərək, Avropa ölkələrinə qarşı təhqir dolu bəyanatlar səsləndirib.
Öz çıxışında Böyük Britaniyanı “dəniz quldurluğu”nda və “piratlıq”da günahlandıran Xamneyi, bu ölkənin hökumətini “xəbis” adlandıraraq, ona qarşı cavab tədbiri görəcəkləri ilə təhdid edib: “Bu gün xəbis İngiltərə dəniz qulduluğu ilə məşğul olur, gəmimizi oğurlayaraq cinayət törədir, öz cinayətinə isə qanuni don geyindirərək onu leqallaşdırır. Halbuki İran İslam Respublikası və bu sistemin mömin qüvvələri onun bu xəbis əməllərini cavabsız qoymayacaqlar.
Bu gün qərblilərdəki yekəxanalıq və lovğalanma ona gətirib çıxarıb ki, onlar həqiqətləri dərk edə bilmirlər. Əlbəttə ki, onların zəif ölkələr və millətlər qarşısında təkəbbürü onlara uğur gətirir. Lakin heç nədən qorxmayan və öz hüquqlarını müdafiə edən millətlər qarşısında qərblilər məğlubiyyətə uğrayırlar.
Bizim nüvə sazişi ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri azaltmağımıza gəlincə, biz bu öhdəliklərə artıqlaması ilə əməl etdik. Lakin onları azaltmağa başlayan kimi onlar (qərblilər) üstümüzə gəlməyə başlayırlar. Axı həyasızlar, siz üzərinizə götürdüyünüz 11 öhdəliyə əməl etmədiniz. Necə olur ki, biz öhdəliklərimizi azaltmağa başlayan kimi səsiniz çıxır, etiraz edirsiniz. Şübhə yoxdur ki, biz öhdəliklərimizi azaltmaq prosesini davam etdirəcəyik”, – deyə İranın dini lideri axund Əli Xameneyi əlavə edib.
Yayılan son məlumata əsasən, Əli Xameneyinin böyük Britaniyaya qarşı təhdid dolu bəyanatının ardınca, İranın Londondakı səfiri Rəsul Müvəhhidiyan iyulun 16-da bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq, ondan məsələ ilə bağlı izahat verməsi tələb edilib.
Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.