
İngiltərədən PUA-lara qarşı addım
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Sığınacaqdan qaçan ayılar bir həftəlik balı yedilər
Rejim tərəfdarlarını döydükləri üçün
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Gündə 4 reys həyata keçiriləcək Frankfurt-London marşrutu müddəti 5 saata endirilə bilər
Rusiyalı oliqarx Abramoviç futboldan getdi
İngiltərədə məşğulluq kəskin şəkildə azalır
“Rusiyanın ən böyük düşməni” 13 ildən sonra dəyişdi
Hökumət “Chelsea”nin satışından əldə olunan gəlirin Ukraynaya getməsini istəyir, milyarder təslim olmur
Avrozona PMI 33 ayın ən yüksək səviyyəsinə çatdı
Böyük Britaniya müharibə üçün silahlanır
Məhkəmə qərarı ilə gələn gender mübahisəsi futbola da sirayət edib
Həkimlərin görməməzlikdən gəldiyi simptom dəhşətli çıxdı
DÇ-2018-in G qrupunda maraqlı vəziyyət yaranıb. Bu gün keçiriləcək son tur ərəfəsində qrupun liderləri İngiltərə və Belçikanın hər birinin göstəricisi demək olar eynidir: 2 oyundan 6 xal, hər biri 8 qol vurub, öz qapısındansa 2 qol buraxıb. Vurulan və buraxılan qolların nisbəti də təbii olaraq eynidi +6. Hazırda İngiltərənin qrupun lideri olmasının yeganə səbəbi isə “Fair play” reytinqindəki üstünlüyüdür.
“Fair play” reytinqi nədir?
FİFA-nın təsdiq etdiyi DÇ-2018-in əsasnaməsinə görə, eyni qrupda iki və daha çox komandanın xalı, vurulan və buraxılan topların göstəricisi eyni olarsa və şəxsi matçlardakı nəticələr paritet təşkil edərsə, bu halda FİFA-nın “Fair play” reytinqi işə düşür. Həmin reytinq aşağıdakı qaydada hesablanır:
- 1 sarı vərəqə alan komandaya mənfi 1, birbaşa olmayan qırmızı vərəqəyə görə mənfi 3, birbaşa qırmızı vərəqəyə görə isə mənfi 4 bal yazılır.
Üçüncü tur ərəfəsində reytinq üstünlüyü İngiltərəyə məxsusdur. Onların iki sarı vərəqəyə görə mənfi 2, Belçikanın isə mənfi 3 balı var. Bu mənada, bugünkü oyundan sonra qrupun qalibinin, DÇ-2018-in əsasnaməsinə uyğun olaraq, FİFA-nın püşkatması ilə müəyyənləşmək ehtimalı da var. Bunun üçün Kalininqraddakı görüş heç-heçə yekunlaşmalı, İngiltərə isə rəqibindən bir dənə artıq sarı vərəqə almalıdır.
Birinci yeri tutmayın!
Buna baxmayaraq, hazırda İngiltərə və Belçikanın qrup liderliyi uğrunda həvəslə oynayacağını da söyləmək olmaz. İstər İngiltərədə, istərsə də Belçikada azarkeşlər, ekspertlər və mətbuat bir səslə komandalarını birinci yeri yox, ikinci yeri tutmağa çağırır.
Səbəbsə aydındır. G qrupunun birincisi 1/8 finalda H qrupunun ikinci isə ilə qarşılaşacaq. Böyük ehtimalla bu komanda ya Kolumbiya, ya da Seneqal olacaq. Əsas məsələsi isə bu səbətin 1/8 finalın qalibinin 1/4 finalda Braziliya – Meksika cütünün qalibi ilə görüşməsidir.
Həmyerlililəri İngiltərə və Belçikadan ikinci olmağı ona görə istəyirlər ki, digər səbətdə rəqiblər nisbətən münasibdirlər. G qrupunun ikincisi 1/8 finalda H qrupunun birincisi ilə görüşəcək ki, indiki halda da bu komanda lider Yaponiyadır. 1/4 finalda isə həmin cütün qalibi İsveç – İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.
Yəni Belçika və ya İngiltərənin öz qrupunu lider kimi tamamlaması onların 1/4 finala vəsiqə qazanacağı halda yarışın əsas favoritlərindən olan Braziliya ilə qarşılaşmaq ehtimalı artırır. Bu halda isə cənubi amerikalların qalib olmaq şansı daha yüksəkdir...