vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9635 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2293 AZN
Türk lirəsi 1 TRY = 0.2890 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
12:25 | 10 iyul 2018 | Çərşənbə axşamı Məqaləyə 677 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mundialda niyə yoxuq?

Çünki AFFA-nın idarəetmə üsulu kin üzərində qurulub

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya çempionatının açılışı üçün Moskvaya səfər edib orada fərqli millətlərdən olan onminlərlə azarkeşin içinə düşəndə istər-istəməz gözüm bizim azarkeşi və bayrağı axtardı. Amma nə Rusiya paytaxtının küçələrində, nə də “Lujniki”də onlara rast gələ bildim. Səbəb hamıya məlumdur, təbii ki.

Biz bu nəhəng futbol bayramından kənarda qalmışıq və yaxın gələcəkdə də mundialda olacağımızı nikbinliklə düşünməyə tutarlı bir əsas tapmaq çətindir. Təkcə ona görə yox ki, ölkədə normal futbolçu qıtlığı var. Həm də ona görə ki, bu qıtlığın yaranmasında məşqçi faktoru da rol oynayır. Ən yaxın keçmişə, Qurban Qurbanovla başlayan son 10 illik mərhələyə baxanda ölkədə savadlanmağa, peşəkarlaşmağa, çağdaş futbolun tələbləri ilə ayaqlaşmağa ciddi cəhd göstərən məşqçilərin sayının yetərincə az olduğunu görürük. Amma sıraları məhdud olsa belə, onlar var. Bəs hardadırlar?

Dünya və Avropa çempionatlarının final mərhələlərində niyə indiyədək oynamamağımızın səbəblərindən biri həm də bu sualın arxasında gizlənir.

Mətləbə keçək. Samir Abasovu hamınız tanıyırsınız. 2015-ci ilin sonlarında “Sumqayıt”ın baş məşqçisi təyin edildi, sonra Azərbaycan səviyyəsində yaxşı bir komanda yaratdı. Özü də sırf azərbaycanlı futbolçulardan ibarət, məhdud büdcə ilə. Bu o dövr idi ki, “pulyeyən maşın” ölkənin ən köklü klubu “Neftçi”nin başına istədiyi oyunu açırdı. Amma Samir “Sumqayıt”ın timsalında futbol oynamağı bacaran komanda yaradırdı. Həm komanda yaradır, həm də özünü gələcəyin yaxşı məşqçisi kimi yetişdirirdi. Belə bir vaxtda azarkeşlərin və medianın ona dəstəyi də təsadüfi deyildi. Məlum, bizim futbolda iş görən adama elə daha çox fanatlar və jurnalistlər dəstək verir. Dəstəyi birinci verməli olanlarsa daha çox ayaqaltı qazıb, ziyan vurmaqla məşğul olurlar. Belə olanda isə “Sumqayıt” üçün indiyədək heç bir məşqçinin etmədiyini edən Samir Abasova layiq olmadığı halda klubdan könüllü ayrılmasına şərait yaradılır və o qalır işsiz. Və bu dəqiqə Premyer Liqada bir komandanı çalışdırmaq əvəzinə, gedib oturub doğma kəndində məcburi istirahətlə məşğul olur. Bizsə evimizdə, restoranlarda, ucuz və bahalı PUB-larda mundiala baxa-baxa “niyə orda yoxuq?” deyib nisgilli-nisgili danışırıq.

Amma orda olmamağımız təbiidir. İstedadına, istedadlarına sahib çıxmayan ölkənin futbolu elə yarışlara düşmür, düşə də bilməz. Bunu hamı bilir, əlbəttə. Bir tək futbolumuzu idarə edənlərdən başqa. Onlarda idarəetmə üsulu, deyəsən, həm də kin üzərində qurulub (bu yerdə Samir Abasovun “Sumqayıt”da işləyərkən özünün sabiq, “Neftçi”nin indiki prezidentinə tikanlı, federasiyaya isə üstüörtülü atmacaları yada düşür). Yoxsa normal futbol ölkəsində istedadı, potensialı, ən əsası yaxşı komanda qurmaq bacarığını gerçək işi ilə ortaya qoyan adam işsiz qalmır, qalmamalıdır.

Nəhayət...

Hər nə qədər şablon səslənsə də, millinin baş məşqçisi Qurban Qurbanov təkbaşına möcüzə yarada bilməz. Ona ağlı yerində olan, futbol beyni iki dəqiqədən bir error verməyən məşqçilərimiz kömək etməlidir. Öz sahəsindəki, klublarındakı işi ilə. Amma ən birinci kömək, dəstək AFFA rəhbərliyindən gəlməlidir. O dəstək də necə olur, özünüz bilirsiniz. Həm də kiməsə mane olmamaq, kimisə işsiz qoymamaqla.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *