vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
22:10 | 14 iyun 2018 | Cümə axşamı Məqaləyə 644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mundial darmadığnla başladı

DÇ-2018-in ilk oyununda Rusiya Səudiyyə Ərəbistanının qapısından 5 cavabsız qol keçirdi

Moskvanın “Lujniki” arenasında dünya çempionatının ilk matçı keçirilib. Açılış mərasimindən dərhal sonra başlayan oyunda ev sahibləri Səudiyyə Ərəbistanı millisini qəbul edib.

Matç 5:0 Rusiya millisinin qələbəsi ilə başa çatıb.

Dünya çempionatının ilk qolu 13-də dəqiqədə vurulub. Cərimə meydançasına göndərilən asmanı Yuri Qazinzki başı ilə qapıdan keçirib.

42-ci dəqiqədə Rusiyanın əks-hücumunu Denis Çerişov ideal sonluqla yekunlaşdırıb. O, cərimə meydançasında yaxın məsafədən qapıçıya heç bir şans verməyib. 70-ci dəqiqədə Dzüba baş zərbəsi ilə hesabı 3:0-a çatdırıb.

Oyunun əlavə olunmuş dəqiqəsində Çerışev top fərqini dördə çatdırıb. 90+4-cü dəqiqədə isə Rusiya millisi cərimə zərbəsindən fərqlənib.

 

***


19:18

Rusiyada futbol üzrə dünya çempionatı start götürüb.

Moskvada çempionatın rəsmi açılış mərasimi keçirilib. Mərasimində ingiltərəli məşhur müğənni Robbi Uilyams və rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina möhtəşəm ifaları ilə arenaya toplaşan azarkeşlərə unudulmaz anlar bəxş ediblər.

Hazırda açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları qarşılaşır.  Oyunu argentinalı Nestor Pitana idarə edir. Bu dəqiqələrdə Rusiya komandası 1:0 hesabı ilə irəlidədir. Açılış oyununun 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Yuriy Qazinskiy fərqlənib.

Ümumilikdə iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *