vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
11:15 | 16 may 2012 | Çərşənbə Məqaləyə 3277 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Space»in «Amaci»li axşamları»

Fərəh SABİRQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Lap yaxşı eləyiblər! Xarici teleserialları dayandırmaq haqqında xəbəri eşidəndə ilk reaksiyam belə olmuşdu. Çünki bizim kanallarda nə yerli, nə də xarici seriallara baxmıram. Etiraf edim ki, bir neçə dəfə baxmağa cəhd göstərmişəm, ya da kanalları çevirəndə qarşıma çıxanlardan bəzi səhnələri izləmişəm.

Ən əvvəl səsləndirməsinə dözə bilməmişəm,  sonra da bayağı süjetlərinə. Lakin mən baxmıramsa, o demək deyil ki, baxanlar yoxdur. Bu serialları həsrətlə gözləyən, bütün ev işlərini nümayiş vaxtına qədər görüb qurtaranlar var, özü də onlar arasında kişilər də az deyil. Xüsusilə də “Amaci” adıyla məşhur olan hind serialının sevərləri indi çox yanıb-yaxılırlar.
Amma məncə, xarici seriallara qadağa ilə bağlı səs-küy qaldırmaq, bu məsələni şişirtmək, tamaşaçı əvəzinə ağlayıb-sızlamaq elə biz jurnalistlərə qalacaq. Çünki seriallara baxmaq istəyən tamaşaçı onun yolunu həmişə tapacaq. İstər Bakı, istər bölgələrdə əhalinin əksəriyyətində peyk antenaları var. Paytaxtda isə kabel TV-lər də çox yayılıb. Əgər təklif edilən TV-lər arasında hind kanalları olmasa belə, daha ucuz və sərhədsiz varianta – internetə əl atmaq və dünyanın istənilən serialını anladığımız dildə izləmək mümkündür.
Bilirəm, başa düşürəm ki, Milli Teleradio Şurasının bu qərarı ilə bağlı hüquqi problemlər çoxdur. Axı, “İctimai yayım haqqında” Qanunun maddəsində xarici filmlərin nümayişi ilə bağlı konkret tələb də var.
Onu da anlayıram ki, xarici serialları qadağan etməklə guya yerli istehsalı inkişaf etdirmək istəyirlər. Amma inkişaf üçün indiyə kimi özünü təsdiqləyən yalnız bir əsas prinsip var – rəqabət yaratmaq.
Bunu da bilirəm ki, Azərbaycanın çəkdiyi seriallar da baxılası deyil. Bəzi filmlərimizin səsləndirilməsi sanki tərcümə edilmiş təsəvvürü bağışlayır, aktyor oyunundan isə danışmağına dəyməz.
Qadağanın əleyhinə olanlar onu da deyirlər ki, daha Azərbaycan kanallarında baxmalı heç nə qalmayıb. Tamaşaçını düşündürən, müzakirə doğuran, maarifləndirən verilişlər yoxdur. Seçim etmək imkanı da azalıb  – ya kiminsə kiminləsə calaq edilib evləndirilməsinə baxmalısan, ya da el arasında “niyabat” adlandırdığımız, psixikaya pis təsir edən kriminal xəbərlərə.
Bütün bunları bilib, razılaşsam da, yenə də xarici teleserialların yığışdırılmasına təəssüflənmirəm. Guya seriallar nümayiş etdiriləndə, yuxarıda sadalanan problemlər həll olunurdu ki? Ya serial hansısa kanalda sosial-ictimai mövzulu tok-şounun, qızğın müzakirələrin yerini tutmuşdu?
Hind serialını nümayiş etdirən kanal “Amaci dəliləri”nə təsəlli vermək üçün bu filmlə bağlı gündəlik müzakirələri təşkil edir. Bu da bayaq yazdıqlarımın bariz nümunəsi – izləyici toplamaq üçün kanallarımızın daha səviyyəli, daha keyfiyyətli verilişlər hazırlamaq niyyətləri yoxdur. İstəsəydilər, bu aylar ərzində serial vaxtını doldurmaq üçün maraqlı proqramlar hazırlaya bilərdilər. Amma əvəzində absurd bir yol seçilib. Deməli, serial oldu, ya yox, heç nə dəyişməyəcək. Onda elə olmasa, yaxşıdır.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)