vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
12:50 | 13 oktyabr 2012 | Şənbə Məqaləyə 3088 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu eskalatorlar…»

Fərəh SABİRQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Sərnişinlər Bakı Metropoliteninin “28 May” stansiyasında yeni quraşdırılmış eskalatorların onların rahatlığını təmin edəcəyini düşünürdü.

Çünki bu eskalatorlara görə “28 May”dan istifadə edən minlərlə sərnişin düz 3 ay əziyyət çəkib. Yay aylarında yerin üstünə çıxana qədər metronun tunellərində, havasız şəraitdə 10 dəqiqəyə yaxın dolanbac yollarla getməli olub. Bunun ən çox əziyyətini yaşlı insanlar çəkirdi. İş o yerə çatmışdı ki, “28 May” əvəzinə “Sahil” stansiyasından çıxmağa, sonra o tərəfə qayıtmağa üstünlük verilirdi.
Nəhayət, bilik günündə “28 May” metro stansiyasının girişi açıldı. Məlum oldu ki, mövcud  3 eskalatorun əvəzinə 4-ü quraşdırılıb. Dərhal da bəh-bəhlə deyildi ki,  Almaniya istehsalı yeni eskalatorlar  “Viktoriya” tiplidir, onların istismarı rahatdır, gec xarab olur, texniki qulluq şərtləri daha asandır, eyni zamanda təhlükəsizlik sistemləri və tələbləri daha mükəmməldir. Amma nə olsun, fakt ortadadır – eskalatorların yenilənməsinin “28 May”dakı sərnişin axınının yüngülləşməsinə qətiyyən təsiri olmadı.
Çünki yeni eskalatorlar çox darısqal olduğundan, burada sərnişinlər bir-bir dayanmalı olur, nəticədə növbə uzanır, sıxlıq çoxalır. Qeyri-pik saatlarda adətən dörd eskalatorlardan ikisi söndürüldüyündən, faktiki dəyişən bir şey yoxdur.Yeni pilləkənlərdə adamı daha çox qıcıqlandıran məqam – eskalatorun öz sürəti ilə məhəccərin sürətinin fərqli olmasıdır. Özügedən pilləkənə minən kimi dayaq üçün istər-istəməz rezin sürahidən yapışırsan.
10 saniyə sonra əlin yuxarı dartılır, özün aşağıda qalırsan. Yerin üstünə çıxana qədər 15-20 dəfə bu hal təkrar olunur. Axırda bezib dayaqsız dayanırsan.Bu ətrafda yaşayıb-işləyən metro sərnişinlərinin eskalator dərdi, deyəsən, hələ çox davam edəcək. Çünki “28 May”da giriş açılan kimi ardınca “Sahil”də eskalatorun birini təmirə bağladılar. Nə vaxt açılacağı, hələlik, elan olunmayıb.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)