vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
11:27 | 17 avqust 2013 | Şənbə Məqaləyə 1147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qatilə çevrilən kompüter»

Fərəh SABİRQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Uşaqlar tez-tez kompüter, internet oyunları üstündə dava salır. Hərdən mübahisə o həddə çatır ki, “indi bir-birinizi öldürəcəksiniz” sözünü demək məcburiyyətində qalırsan. Demə, doğrudan da, belə şey mümkün imiş. Yaxın bir-iki ayın söhbətidir: Xaçmazda 17 yaşlı bir oğlan ona kompüterdə oynamaq imkanı verməyən 14 yaşlı qardaşını bıçaqlayaraq öldürüb. Hətta qardaşları ayırmaq istəyən ata da bıçaq yarası alıb. Düzdür, deyirlər ki, qardaşlar ruhi xəstə imiş, amma fakt faktlığında qalır – kompüter üstündə qardaş qardaşı qətlə yetirib.

Bakıda baş verən digər hadisə daha tükürpədicidir. Tacikistanda 17 yaşlı biri canına qəsd etmək istəyib: özünü 9-cu mərtəbədən atmaq istəyən oğlan deyib ki, onu ölümə atası sürükləyib – ona kompüter almamaqla.
Sən demə, bu zəmində törədilən qətllər bir çox inkişaf etmiş ölkələrdə artıq adiləşmək üzrədir. Anasını, atasını, yaxınlarını virtual oyunlara görə vəhşicəsinə öldürən uşaq və yeniyetmələrin sayı durmadan artırmış.
Realistik kompüter oyunlarının əksəriyyətinin şiddət zəminində olması sirr deyil. Əyləncə kimi qəbul edilsə də, oyunların əsas mahiyyətini qurub-yaratmaq deyil, vurmaq, dağıtmaq, öldürmək təşkil edir. Kompüter qarşısında oturan uşağın “öl, sənə bu da azdır”, “canı çıxdı”, “məhv etdim”, “vurdum” kimi sözlərini az eşidirik? Kompüter oyunlarının əsas obrazları snayper, samuray, killer və digər döyüşçülər olur. Bu obrazlar çox realistik olur – vurulan “adam” yaralanır, yıxılır, qan içində boğulur.
Oyunlar asılılığa çevriləndə artıq virtual aləm reallığa çevrilir. Özü də real həyatda, məsələn, məktəb yoldaşları, müəllimləri ilə problemi olan uşaq getdikcə daha çox qeyri-real məkana meyil göstərir. Çünki belə halda ən zəif yeniyetmə də özünü virtual aləmdə ən güclü birisi, kral kimi hiss edir. Və tədricən iki aləm arasında sərhəd itməyə başlayır. Psixoloqlar qeyd edirlər ki, kompüter oyunları uşaqda pozitiv şəxsiyyət formalaşması prosesini tormozlayır, onun eqoist böyüməsinə səbəb olur.
Təbii, bu cür müzakirələrdə hər kəs birinci onu fikirləşir ki, axı, indiki zəmanədə kompütersiz nə etmək olar? Uşaq gərək kiçik yaşlarından kompüterə alışsın. Bu da düzdür. Amma gələcəkdə uşağın qatil, asılı, reallıqda sözünü deyə bilməyən insan kimi yetişməsindənsə, texnoloji bilikləri az olan birisi olması daha yaxşıdır. Kompüteri isə istənilən yaşda öyrənmək mümkündür.
Odur ki, gedək, uşaqlarımıza kompüteri əvəz edəcək nəsə məşğuliyyət tapaq – onlara vaxt ayırıb gəzməyə aparaq, velosiped sürməyi, rolikdə gəzməyi öyrədək. Öyrədək ki, sonra peşman-peşman dizimizə döyməyək.

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)