vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
23:23 | 11 noyabr 2017 | Şənbə Məqaləyə 3242 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qələm? O nəyə lazımdır?

Əllə yazmaq bacarığı məhv olurmu və ya olacaqmı?

Deyirlər ki, əl yazısı sıradan çıxır. Hazırda rabitənin böyük əksəriyyəti klaviatura, planşet və smartfonların köməyilə həyata keçirilir. Nəyi isə əllə imzalamaq hallarına artıq çox az rast gəlinir.

İndi sadəcə qeyd aparan qurğuya bank kartını qoymaq yetərlidir. Bizim uşaqlarımız sensor ekranında əməliyyatlar aparmaq üçün vacib olan vərdişlərə az qala doğularkən sahiblənirlər.

Bəlkə «yaxşı xətt» anlayışı yeni nəsil üçün artıq qəbuledilməz bir şey olacaq?

Kağız üzərində əllə yazı bacarığı hansısa üstünlük verirmi? Və ya bu qabiliyyət yaxın gələcəkdə həmişəlik itiriləcəkmi?

Bir zamanlar əllə səliqəli, aydın yazmağı məktəbdə məcburi qaydada öyrədirdilər. İndi çox şey dəyişib. Finlandiya kimi ölkələrdə, məsələn yazılı dərslər tamamilə ləğv edilərək makinə yazıları dərsi ilə əvəzlənib.

ABŞ-da isə 2013-cü ildə əllə yazmağı öyrənmək tələbi təhsilin başlıca standartlarından çıxarılıb. Bəzi ştatlarda, məsələn Arizonada uşaqlara əvvəlki kimi kağız üzərində əllə yazmağı öyrədirlər. Lakin belə ştatların sayı azdır.

Yeri gəlmişkən, bəzi mütəxəssislər iddia edirlər ki, yazılı dərslərin dolayısı ilə müəyyən faydaları var.

«Tarix və əllə yazmaq bacarığının qeyri-müəyyən gələcəyi» (The History and Uncertain Future of Handwriting) adlı kitabın müəllifi Anne Trubekin fikrincə, bu cür dərslər avtomatik bacarıqların inkişafına kömək edir.

Burda bu nəzərdə tutulur: siz nəyisə etməyi yaxşı öyrənən zaman bunu fikirləşmədən edirsiniz. Sərbəst zəka ehtiyatları digər məsələlərdə isitfadə edilə bilər.

Trubekin fikrincə, yazını sürücülüklə müqayisə etmək olar: «Əgər siz avtomobili idarə etmək bacarığını avtomatik hala gətirmizsinizsə, onu sürməyi hər dəfə özünüzə bunu təkrar öyrənmirsiniz: bax burda qaz əyləcinə basmaq lazımdır, burda isə sükanı bir az fırlatmaq lazımdır. Siz sadəcə bunu edirsiniz».

«Biz uşaqlardan məhz bunu istəyirik. Onlar yazmağı öyrəndikdən sonra bir daha hər hərfin hansı elementlərdən ibarət olması barədə düşünməyəcəklər. Onların beyni bu cür fikirlərdən kənar olacaq və daha mühüm işlərlə məşğul ola biləcək. Avtomobildə olduğu kimi - bizim əllərimiz və ayaqlarımız avtomatik lazımı hərəkətləri yerinə yetirir və biz bu zaman yola diqqət edirik».

Trubek bu barədə çoxlu esse və kitab yazıb. Onun fikrincə, əllə yazmaq bacarığı yaxın vaxtlarda, «bəlkə də heç vaxt» sıradan çıxmayacaq. Lakin o, hesab edir ki, klaviaturadan istifadə edən məktəblilər avtomatik bacarıqları daha tez mənimsəyirlər.

Erkən yaşlarından uşaqlar kor-koranə yazmağı öyrənir və əllə yazmaqdan daha tez klaviaturada yığmaları onlara düzgün söz seçimi və ya cümlənin quruluşu barədə daha çox düşünmək vaxtı verir.

Ötən il «New York Times» qəzetində dərc edilən məqalədə Trubek hazırkı uşaqların mətni daha tez yığmaq bacarığı sayəsində bir-biriylə daha yaxşı ünsiyyət qurduqları ehtimalını söyləmişdi. Lakin bu fikirlə heç də çoxları razılaşmamışdı.

Trubek izah edir ki, klaviaturaya keçidin əleyhdarlarının iki başlıca arqumenti bunlardır.

Onların fikrincə, əllə yazmaqdan imtina etmək ilk növbədə tarixin itirilməsinə, ikincisi isə fərdi yanaşma itkisinə gətirib çıxaracaq.

Sonuncuya qarşı o, əks-arqumentlər göstərir: tarixi əlyazmaların 95%-i onsuz da adi insan oxuya bilmir: «bunun üçün xüsusi mütəxəssislər - paleoqraflar lazımdır». (Paleoqrafiya yazının tarixini və qədim abidə yazılarını ona görə öyrənir ki, biz onları oxuya bilək, müəllifi, vaxtı və mətnin yazıldığı yeri müəyyən edə bilək.)

«Fərdi yanaşma»ya gəldikdə isə burada bir qayda olaraq əllə yazılan şəxsi məktublar nəzərdə tutulur.

Məsələn, təbrik açıqcaları (və ya hansı ki, Britaniyada göndərilməsi nəzərdə tutulan minnətdarlıq açıqcaları - tərcüməçinin qeydi).

«Belə hallarda biz açıqcanın yazılmasına vaxt sərf etdiyimizi, bunun bizdən bir az güc tələb etdiyini və buna görə də bizim üçün əhəmiyyətli olduğunu anlatmağa çalışırıq», - deyə Trubek qeyd edir.

«Buna mən cavab verirəm: əgər sizin xəttiniz pisdirsə, münasibətinizi və diqqətinizi göstərməyin müxtəlif yolları var. Məsələn siz bir peçenye qutusu və ya bir dəstə gül göndərə bilərsiniz».

Təhsil məsələləri ilə bağlı ekspertlərin bir qismi Trubeklə qismən razıdırlar. Təhsilin inkişafı üsullarının tətbiq edilməsi məsələlərində Finlandiya çox şeydə digər Avropa ölkələrinə yol açır.

2014-cü ildə qəbul edilmiş təhsil standartları və tələblərinin nəzərdən keçirilməsi yazı öyrənməyə qarşı münasibətin dəyişilməsini də nəzərdə tuturdu.

Üstünlük mətnin klaviatura ilə yığılmasına və digər rəqəmsal rabitə üsullarına verilmişdi. Finlandiyanın Milli Təhsil Agentliyinin əməkdaşı Minna Harmanen deyir ki, dəyişikliklərə olan münasibət əsasən müsbətdir.

«Müəllimlər, valideynlər və uşaqlar tərəfindən hansısa şikayət daxil olmayıb», - o bildirir.

Onun sözlərinə görə, dəyişikliklərə səbəb əllə yazıdan artıq heç bir yerdə istifadə edilməməsi olub.

«Siz böyüyən zaman işdə demək olar ki, bütün mətnləri kompüterdə yığırsınız və belə ki bunu tez və təbii bir şəkildə etmək daha vacibdir», - Harmanen qeyd edir.

«Əllə yazılan yazını sonradan oxumaq daha çətin olur. Tarixi sənədləri isə həyatda nə vaxtsa oxumaq lazım gələrsə, onda oxumağı öyrənmək olar».


Yazmağı öyrənmək faydalıdır


Yazı yazmağı öyrənmək uşaqlarda idrak bacarığının inkişafı planında əlavə faydalar verməsi barədə təsvirləri bəzi tədqiqatlar da dəstəkləyir.

O xüsusilə, yaxşı hərəkət bacarıqlarını, uşaqların əl və barmaq hərəkətini inkişaf etdirməyə köməklik edir.

«Washington» Universitetinin araşdırmasında iddia edilir ki, əllə yazı və mətnin klaviaturada yığılması beynin müxtəlif funksiyalarından istifadə edir.

«Əllə aydın şəkildə yaxşı yazmaq üçün barmaqlar üzərində yaxşı hərəkət nəzarəti vacibdir. Siz nəyi necə etməyinizə diqqət yetirməlisiniz. Siz təcrübə keçməlisiniz.

Tədqiqatlar göstərdi ki, əllə yazı beynin kompüterdə mətn yığılan zaman istifadə edilən sahəsinə təsir göstərmir».

Digər elmi araşdırmlardan belə qənaətə gəlmək olar ki, şriftlə yazmaq təlimi vizual tanıma və yaddaş prosesini stimullaşdırır.

2012-ci ildə «Trends in Neuroscience and Education» («Neyrobiologiya və təhsildə tendensiya») jurnalında dərc edilən məqalədə Karin Ceyms (Karin James) və Laura Enqelhart (Laura Engelhardt) qeyd edirlər ki, əllə yazmaq bacarığı uşaqların əlifbanı nə dərəcədə uğurla öyrənməsində əsas rol oynadığını ehtimal edirlər.

Tədqiqat zamanı, xüsusilə məktəbəqədər yaşlı uşaqları müxtəlif vasitələrlə əlifba ilə tanış ediblər. Digər məsələlərlə yanaşı, onlar hərfləri əllə və kompüterin klaviaturasında yazıblar.

Bundan sonra MRT skannerə yerləşdirilən uşaqlara müxtəlif hərfləri göstəriblər.

Məlum olub ki, hərfi əllə yazaraq öyrənən uşaqlarda beynin müəyyən sahələri aktivləşib.

Lakin hərfləri klaviaturanın köməyilə öyrənənlər arasında bu baş verməyib. Alimlər burdan yola çıxaraq, əllə yazının təlim prosesini sürətləndirə biləcəyi fikrini irəli sürüblər.


Bəlkə sadəcə, diktə etmək lazımdır?


Bununla yanaşı, mətnin klaviaturanın köməyilə yığılmasını dəyişməyə cəhd göstərən texnologiyalar da mövcuddur. Bu, məsələn nitqi tanıma proqramları (VRS) - «Apple»da Siri, Amazonda «Alexa», «Microsoft»da isə «Cortana»dır.

Ötən il «Google» şirkəti özünün «Docs» aplikasiyasında nəinki mətni diktə etməyə, həm də onu birbaşa «Chrome» brauzerində səslı redaktə etməyə imkan verən səs girişini sınaqdan keçirməyə başladı.

Məsələn, mən bu cümləni «Google»un səs girişinin köməyilə yazmışam və göründüyü kimi o pis işləmir - hətta mənim şotland aksentimi (tam olmasa da) belə başa düşür.

Harmanenin fikrincə, nitqi tanıma sistemlərindən istifadə edən insanlar yazdıqları kimi danışmağı öyrənməyə məcbur olacaqlar.

«Bu cür proqramların məktəbdə necə istifadə olunmasına baxmaq maraqlı olardı. Bunun bizə nə verəcəyini görəciyik».

Lakin hətta bu proqramların mühəndisləri onların texnologiyasının əllə yazını tamamilə həyatımızdan çıxarmasına şübhə ilə yanaşır.

«Əllə yazıdan əvvəlki kimi həyatın xüsusi anında, insan qələmi əlinə almaq istəyən zaman istifadə olunacaq. Bundan başqa, bəzən elə hallar olur ki, danışmaq rahat deyil, əl altında isə klaviatura yoxdur», - «Nuance» şirkətinin nitqi tanıma proqramı mühəndisi Nils Lenke (Niels Lenke) deyir.

İstənilən halda, «Nuance»nin avtomobillər üçün hazırladığı sistem sürücüyə istədiyini yazmaq üçün əllə yazı girişinə qoşulmasına imkan yaradır. İnkişaf elə bir sürətlə gedir ki, biz kağızda daha az hallarda nəsə yazırıq.

Lakin bu sadə bacarıq bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir.

Əllə yazı - müxtəlif vəziyyətlərə tez və asan uyğunlaşan bacarıqdır. Nə telefon, nə yazan cihazlar, nə kompüterlər, nə də elektron poçt onu gündəlik həyatımızdan tamamilə çıxarmağı bacarmadı.

Böyük ehtimalla, əllə yazmaq bacarığı dizaynla maraqlananların, estetlərin və sadəcə həvəskar insanların cəhdləri sayəsində yaşamağa davam edəcək.