vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MÜƏLLİF  
15:53 | 6 oktyabr 2012 | Şənbə Məqaləyə 2346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dilimizdə bu sözləri dəyişmək lazım imiş?»

Fərəh SABİRQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

İndi eşidəndə ki, yeni orfoqrafiya lüğəti hazırlanıb, korrektorlarımıza muştuluq verdim. Axı, dilçilər bu başı qallı kitabı neçə ildir gözləyirdilər. Dilçiliyin inkişafına dair dövlət proqramı imzalanan kimi alimlər də bəyan etdilər ki, ilk olaraq bu lüğət yeniləcək və nəhayət, dilimizdə bir sıra sözlərin yazılışı ilə bağlı problemlər həllini tapacaq.

Amma yeni lüğətin əvvəlkindən nə ilə fərqləndiyini oxuyanda.... Dilçilik İnstitutunun direktor əvəzi  Fəxrəddin Veysəlli deyib ki, yeni lüğətdə əsasən rus dilindən alınma və sonu rus dilində olduğu kimi, “a” ilə bitən bır sıra sözlərdə “a” hərfi götürüləcək. Məsələn, “metafora” sözü metafor, “morfema” sözü morfem kimi yazılacaq. Bəlkə, gündəlik həyatda çox işlənməsə də, elmi baxımdan bu sözlərdə dəyişiklik edilməsi mühüm əhəmiyyət kəsb edir.
Amma lüğət müəlliflərinin ağızdolusu ober-şturmbannfürer, ober-ştrumfürer, ober-leytenant, ober-zabit sözlərindən danışmasını anlamaq olmur. Axı Azərbaycanda bu sözləri kim çox işlədir ki, lüğət hazırlayanda da onlara diqqət verilsin? Hələ “super”lə başlayan sözlərin yazılışının dəyişdirilməsi heç anlaşılan deyil. Hər yerdə hər dildə “supermarket” kimi yazılan bir sözdə indi “super”i ayırıb defislə yazmağın mənası nədir? 
Xəbərlərdən belə görünür ki, lüğətdə daha ciddi dəyişikliklər də olacaq. Məsələn, əvvəllər “şeir” sözü “i” ilə yazılırdı, amma “feil” sözündə “i” saiti yazılmırdı. İndi “feil” sözündə “i” saiti də yazılacaq. Bundan əlavə, dilimizə yapışmasa da, “diskresiya”, “transsərhəd”, “aksessuar” kimi sözlər əlavə ediləcək. Türk dilindən bəzi sözlər də rəsmən gətirilir - “ağır-cəngi”, “kimlik” və s. 
Nəhayət, o da bəyan olunub ki, bundan sonra “Cism” sözü “cisim” kimi yazılacaq. Fizika fakültəsinin məzunu və bu fənni bir müddət tədris edən bir şəxs kimi deyə bilərəm ki, mən elmi kitabların heç birində “cisim” sözünü başqa cür yazılan görməmişəm. Müstəqillik dövründə isə müxtəlif media orqanlarında işləmişəm, amma yenə də cisim əvəzinə “cism” yazan görmədim. Görünür, elə bu cür “önəmli” dəyişikliklərə görə yeni oroqrafiya lüğəti ciddi tənqid olunub və yenidən işlənməyə göndərilib.

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)