vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
11:31 | 15 iyun 2013 | Şənbə Məqaləyə 1996 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«1-ci sinif şagirdlərinə niyə pul paylanılır?»

Fərəh SABİRQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Neçə gündür, dostlarımız 1-ci sinifdə oxuyan övladlarının uğurundan, pul qazanmasından danışırlar. Bəli, indi 6 yaşlı uşaq ilboyu əlaçı olubsa, ona 100 manat həcmində mükafat verilir. Yuxarı sinif şagirdlərinin qazancı daha çoxdur, mükafat məbləği 500 manata çatır.

Bu, Azərbaycandakı banklardan birinin təhsilin stimullaşdırılmasına dair bir layihəsidir. Əslində, pis niyyət deyil. Nəzərə alsaq ki, əlaçılar əsasən repetitor yanına gedən uşaqlardır, bunu ailə büdcəsinə müəyyən yardım kimi də qəbul etmək olar. Onsuz da uşaqları hazırlaşdırmaq üçün hər fənn üzrə azı ayda 50-60 manat verməli olursan. Həmkarlarım da bu addımı bəyənir, yazırlar ki, belə layihə uşaqlar üçün böyük stimuldur, özləri ilk dəfə biliklər hesabına pul qazanıblar. 
Düzdür, onsuz da hər kəs biliyi ona görə qazanır ki, sonradan onu pula çevirə bilsin. Amma bunu mütləq 6 yaşındamı etmək lazımdır? 1-ci sinifdə oxuyan uşağı yalnız pulla təhsilə cəlb etmək lazımdır? Yəni, bundan başqa effektiv yol tapılmadı? Axı, hamımız təhsildəki əyintilərdən, orta məktəblərdəki qeyri-rəsmi pul yığımlarından xəbərdarıq. Bu cür stimullaşdırma uşaqlarımızı ələbaxımlılığa, bəlkə də gələcəkdə rüşvətə öyrətməyəcəkmi? 
Bu layihəni özünəməxsus təqaüd proqramı kimi qəbul edənlər də var. Olsun, amma məncə, bu proqramı heç bir halda ibtidai siniflərə aid etmək düzgün deyil. Pul əvəzinə uşaqlara qiyməti həmin məbləğə ekvivalent olan hədiyyə təqdim etmək olardı. Lap olsun mobil telefon, elektronik cihaz, yaxud hansısa əyləncə mərkəzinə illik pulsuz sertifikat, uşaq filmlərinə illik bilet, hansısa düşərgədə istirahət təklifi və s. Variantlar sonsuzdur və daha cəlbedici, ağlabatan olanını seçmək olardı. Məsələnin digər tərəfi, kampaniyanın məhdud mükafat fondu var. Elanda açıq-aydın qeyd olunur ki, kim irəli düşüb bankda qeydiyyatdan keçdisə, pulu da o alacaq. Bəs, digər uşaqların stimullaşdırılması necə? Aydın məsələdir ki, rayondakı əlaçılar özlərini banka bakılı şagirdlərdən tez çatdıra bilməyəcək. Deməli, yenə də ayrı-seçkilik olacaq, uşaqların yalnız müəyyən qisim xeyir görəcək, digərləri isə psixoloji zərbə alacaq. Belə məsələləri zarafata salmaq olmaz, azyaşlılar bu cür sarsıntıları çox pis keçirir. İlboyu 5 alıb sonra mükafatı əldə edə bilməyən körpələrimiz arasında təhsilə nifrət edəni də ola bilər. Böyüklərə, ümumilikdə sistemə inam da ölmüş ola bilər.  
Aşağı sinifləri bilmirəm, ancaq yuxarı sinfin şagirdləri üçün həmin bank bu il o qədər də xərcə düşməyəcək. Çünki bu ilki məzunların 60 faizdən çox hissəsi nəinki ilboyu, ümumiyyətlə, buraxılış imtahanından “2” qiymətini alıb. IX sinif şagirdlərində bu rəqəm daha yüksəkdir – təxminən 47 faizi ana dilindən, 41 faizi də riyaziyyatdan “2” alıb. 2 fənn üzrə ümumilikdə 80 faizdən çox hissəsi “3” alıb. İki imtahanın birindən “5” alanların sayı heç 20 faizə də çatmır. Bu dəhşətli rəqəmlər göstərir ki, təhsil sahəsində daha köklü islahatlara ehtiyac var. Uşaqlara pul paylamaq əvəzinə, təhsilin səviyyəsini qaldırmağa, daha keyfiyyətli sistem qurmağa ehtiyac var.

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)