vaxtlı-vaxtında oxuyun! Cümə, 28 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
Almaniyada “PayPal” panikası 09:43 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 271 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyada “PayPal” panikası

10 milyard avrodan çox məbləğ bloklandı

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada banklar “PayPal” vasitəsilə həyata keçirilən 10 milyard avrodan çox ödənişi “fırıldaq şübhəsi” ilə bloklayıb. “Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, keçən həftə milyonlarla şübhəli avtomatik ödənişi aşkar edilib və üç gün əvvəl əməliyyatlar dayandırılıb.

“PayPal” bildirib ki, problem banklarla aparılan əməliyyatlara təsir edən müvəqqəti xidmət kəsintisindən qaynaqlanıb və aradan qaldırılıb. Lakin bəzi bank mənbələri bloklanmış məbləğin “yüz milyonlarla milyard avro arasında” olduğunu vurğulayıb.

Normalda saxta əməliyyatları süzgəcdən keçirən “PayPal”ın təhlükəsizlik sistemi keçən həftə demək olar ki, tamamilə işləməyib və bunun nəticəsində nəzarətsiz ödəniş tələbləri banklara ötürülüb.

Almaniyadakı Əmanət Bankları və Köçürmə Sistemi Birliyi icazəsiz “PayPal” ödənişlərinin xüsusilə Almaniyada və ümumilikdə Avropada ödəniş sistemlərinə ciddi təsir etdiyini açıqlayıb. Problemin çərşənbə günü “Sparkasse” müştəriləri üçün normallaşdığı, tənzimləyici qurumların da məlumatlandırıldığı bildirilib.

Hadisədən sonra “PayPal” səhmləri Nyu-York birjasında açılışda 1,9% dəyər itirib.