ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
08:20 | 25 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 1136 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
“Bloomberg”in topladığı Əmtəə Fyüçersləri Ticarət Komissiyasının (CFTC) ən son məlumatlarına görə, “hedge” fondları və aktiv idarəçilərindən ibarət treyderlər 19 avqusta qədər olan həftədə qısa dollar mövqelərini artırıblar.
Əvvəlki həftədə 4,56 milyard dollar olan qısa dollar mövqeləri həmin dövrdə 6,15 milyard dollara yüksəlib. Bu, dolların ucuzlaşacağına dair mövqelərdə 8 iyul həftəsindən bəri ilk artımdır. Digər tərəfdən, “hedge” fondları yen qarşısındakı qısa mövqelərini artıraraq hazırda Yapon valyutasının gələcəkdə zəifləməsinə bağlı təxminən 50 848 kontrat saxlayırlar. Bu isə son yeddi aydan artıq müddətdə ən yüksək səviyyədir.
Eyni fondlar avro və funt-sterlinq üzərində artım gözləntilərini əks etdirən uzun mövqelərini də azaldıblar. Bununla yanaşı, investorlar son 3 ilin ən böyük qısa “VIX” mövqelərini açıblar. Qızıldakı uzun mövqelərin azaldığı müşahidə olunarkən, neft uzun mövqeləri az da olsa artıb.
Hazırda investorlar bu həftə çərşənbə günü açıqlanacaq “Nvidia” hesabatı, həftə ərzində ABŞ böyümə və əsas “PCE” göstəriciləri, eləcə də gələnaykı FED faiz qərarı öncəsi “Wall Street”də “hedge” mexanizmlərini işə salmağa hazırlaşırlar. “Susquehanna International Group”un törəmə strategiyası üzrə həmsədri Kris Mörfi (Chris Murphy) deyib: “Cerom Pauell (Powell) ‘Jackson Hole’da gözlənildiyindən daha yumşaq mövqe sərgilədi və bazarlar açıq şəkildə müsbət reaksiya verdi.”
Onun sözlərinə görə, bəzi investorlar inflyasiya strategiyasının bir hissəsi olaraq “S&P 500”ü izləyən ETF-lərdə qoruma tədbirləri görür, “SPDR Gold Shares ETF”lərində isə alış spreydi alırlar.
“Bloomberg Intelligence”ın qlobal törəmə məhsullar üzrə strateqi Tanvir Sandhu isə bildirib: “Mövcud bazar şəraitində “S&P 500” üzərində satış spreydləri daha etibarlı “hedge” ola bilər.”
“Bank of America Corp.”un strateqlərinə görə isə “VIX” opsionları yüksək xərcləri səbəbilə hazırkı mərhələdə yaxşı “hedge” aləti hesab edilmir.