vaxtlı-vaxtında oxuyun! Cümə, 7 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
Birjaların diqqəti ABŞ-da 12:52 | 26 sentyabr 2025 | Cümə Məqaləyə 549 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birjaların diqqəti ABŞ-da

Qlobal bazarlarda göstəriciləri gözləyir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın dərman sektoruna yeni tariflər elan etməsindən sonra qlobal səhmlər bazarlarında dörd gündür davam edən itkilər müşahidə olunur.

“Morgan Stanley Capital International” (MSCI) 0,1% enərək son bir ayın ən uzun azalma seriyasını yaşayıb. “MSCI Asia Pacific” səhmləri isə 0,8% geriləyib və itkilərə əsasən dərman şirkətləri rəhbərlik edib.

“S&P 500” fyuçersləri cüzi dəyişiklik göstərib, “Nasdaq 100” fyuçersləri isə 0,1% enib. “S&P 500” indeksi dünən 0,5% itirib, “Bloomberg”in yeddi iri texnologiya şirkətini izləyən “Möhtəşəm Yeddilik” indeksi isə 1% ucuzlaşıb.

“Bloomberg Dollar Index” sabit qalıb. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 4,17%, Yaponiyanın 10 illik kağızları isə 1,64% səviyyəsində dəyişməz qalıb.

Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da avqust ayına dair baza şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi açıqlanacaq. Vaşinqton vaxtı ilə gün ərzində çıxışlar da gözlənilir – Riçmond FED-in rəhbəri Tom Barkin saat 17:00-da, FED-in Nəzarət üzrə sədr müavini Mişel Bouman (Michelle Bowman) isə 21:00-də danışacaq.